BAKU.WS 23 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Gün uğurlu başlanacaq. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. Faydalı tanışlıqlar sizə mövqelərinizi möhkəmlətməyə kömək edəcək. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. İşgüzar insanlara sərfəli təklif edilə bilər, buna görə də müvəqqəti kiçik çətinliklər üzündən ondan imtina etməyin.


Buğa - Gözəl gündür. Dostlarla ünsiyyət qurun, qonaq gedin. Ailə münasibətlərini önəmsəyin. Əyləncəli gündür. Səyahət və gəzinti üçün hazırlığa başlaya bilərsiz. İstənilən işdə şansınız gətirəcək. Hadisələrin gedişatını öz xeyrinizə dəyişə biləcəksiz. Axşam saatlarında yaxınlarınızın problemləri ilə maraqlanın. Onların sizə ehtiyacı var.


Əkizlər - Karyeranızla bağlı önəmli məsələlər həllini tələb edir. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Nəticə uğurlu olacaq. Bütün münasibətlərdə maksimum diqqətli olun. Şəxsi və işgüzar müstəvidə baş verən narazılıqları diplomatik qabiliyyətinizi işə salıb, yoluna qoyun. Münasibətləri indi düzəltməsəniz, uzunmüddətli münaqişəyə çevrilə bilər.


Xərçəng - Həftənin ilk iş günü olmasına baxmayaraq, karyeranızla bağlı önəmli məsələlər həllini tələb edir. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Təmkinli, diplomatik, səbrli olun. Hadisələr spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.


Şir - Əlverişli və rahat gündür. Bütün işlərdə aktiv olmayın. Situasiyanı təftiş edin. Yeni layihəyə başlamaq, biznesə start vermək, iş yerini dəyişmək üçün münasib gün deyil. Xırda məsələlərə görə narahat olmayın. Problemləri həll etmək mümkündür. Yaşamınızda ciddi dəyişikliklər dövrü çatıb. Yeni iş yeri aramaq və ya məqsədlərə çatmaq üçün yeni planlar qurmaq olar. Axşam saatları sakit və xoş keçəcək.


Qız - Böyük uğurlar və ya önəmli qələbə vəd etməsə də pis gün deyil. İşgüzar danışıqları və müqavilələrin imzalanmasını təxirə salsanız yaxşııdır. Məqsədə çatmaq üçün vaxt gərəkdir. Sizin üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun. Axşam saatlarında yeni tanışlıqlar və romantik anlar gözlənilir. 


Tərəzi - Gün gözlədiyinizdən də uğurlu olacaq. Güvənmədiyiniz işlərdə uğur əldə edəcəksiz. İşdə yaranan fikir ayrılıqlarını aradan qaldıracaqsız. Peşəkar mövqeyinizi möhkəmləndirəcəksiz. Hədəf və ya məqsədi yeniləmək olar. Özünütənqidə qapılmayın. Gəlirlər, gəlir mənbələri arta bilər. Bədxərclik etməsəniz, alış-veriş üçün əlverişli gündür.


Əqrəb - Fikir və mövqelərinizi aqressiv şəkildə açıqlamağa tələsməyin. Yaxınlarınızın haqsız iradları ilə razılaşmaq çox çətindir. Ailədəki ab-havaya fikir verin, güzəşt edin. Ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Tənqidlər sizi ruhdan salmasın. Yaşananlar ötəri xarakterlidir.


Oxatan - Şanslı gündür. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çatacaqsınız. Çevrənizdəki insanlar da sizi gözəl anlayır, rəğbət bəsləyirlər. Günün energetikasından səmərəli istifadə edin. Şəxsi və işgüzar məsələləri qaydasına salın. Sevgidə bəxtiniz gətirəcək. Məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir.


Oğlaq - Fəaliyyətinizdə problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq. Axşam saatları romantik münasibətlər vəd edir. Aktiv olun. Sevdiyiniz insana sizin üçün dəyərli olduğunu bildirməyin zamanı gəlib çıxıb. Yaxın gələcəklə bu addımınızın xoş nəticəsini görəcəksiz. Əlverişli və yaxşı gündür.  Yaradıcılıqla məşğul olmaq mümkündür. 


Dolça - Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Bunda istifadə edib, keçmişdə buraxdığınız səhvləri düzəldin, münasibətləri yaxşılaşdırın.


Balıqlar - Gün gözlədiyinizdən də uğurlu olacaq. Güvənmədiyiniz işlərdə uğur əldə edəcəksiz. İşdə yaranan fikir ayrılıqlarını aradan qaldıracaqsız. Peşəkar mövqeyinizi möhkəmləndirəcəksiz. Gəlirlər, gəlir mənbələri arta bilər. Daha diqqətli olun, ətrafınızda baş verən hadisələrin mahiyyətindən bixəbər olmayın. Qarşınıza qoyduğunuz məqsədlərə doğru inamla addımlayın. Mövqelərinizi kimsəyə güzəştə getməyin.


BAKU.WS