İstirahət gününün ulduz falı - 16 sentyabr

İstirahət gününün ulduz falı - 16 sentyabr
Şou-biznes 2410
BAKU.WS istirahət gününün - 16 sentyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - İstirahət günü olmasına baxmayaraq, karyeranızla bağlı önəmli məsələlər həllini tələb edir. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Təmkinli, diplomatik, səbrli olun. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.Buğa - Sürprizlərlə zəngin gündür. Hadisələr spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq. Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər. Ruhdan düşməyin. Axşam saatlarında normal istirahət edin.Əkizlər - Diqqət mərkəzində olacaqsız. Nöqsanlarınız gözə çarpacaq. Ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Tənqidlər sizi ruhdan salmasın. Yaşananlar ötəri xarakterlidir. Səhhətinizi düşünün.Xərçəng - Bütün münasibətlərdə maksimum diqqətli olun. Şəxsi və işgüzar müstəvidə baş verən narazılıqları diplomatik qabiliyyətinizi işə salıb, yoluna qoyun. Münasibətləri indi düzəltməsəniz, uzunmüddətli münaqişəyə çevrilə bilər. Şir - Hormoniya və uğur vəd edən gündür. Hətta sizə rəğbət bəsləməyən insanlarla dil tapa biləcəksiniz. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır. Qız - Ehtiyatlı və sayıq olun. İintriqanın qurbanına çevrilə bilərsiniz. Ən yaxın bildiyiniz insanlar sizi çətinliklə anlayacaq. Onları başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Bu gün yaşadıqlarınız sizə həyat təcrübəsi qazandıracaq.Tərəzi - Gərgin gündür, əhvalınızın pisləşməsini istəmirsizsə, bu gün aktivlik nümayiş etdirməyin. Onsuz da özünüzü yorğun hiss edirsiz, enerjinizin tükəndiyini düşünürsüz. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. İstirahət şərtdir!Əqrəb - Gün uğurlu başlanacaq. Tənbəl olmayın. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. Faydalı tanışlıqlar sizə mövqelərinizi möhkəmlətməyə kömək edəcək. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Oxatan - Rəngarəng gündür. İşgüzar insanlara sərfəli təklif edilə bilər, buna görə də müvəqqəti kiçik çətinliklər üzündən ondan imtina etməyin. Qətiyyətli olun. Özünüzü çox yormayın, fiziki işlərdən uzaq olun. Macəra axtarmağın zamanı deyil. İmkan tapsanız, dincəlin. Özünüzü unutmayın!Oğlaq - Müdriklik nümayiş etdirin, yalnız bu yolla düşünülməmiş adddımlardan qaça bilərsiz. Günü sakit ailə şəraitində keçirin. Təkəbbürdən və qısqanclıqdan uzaq olsanız, həm şəxsi, həm də işgüzar sahələrdə hormoniya gözlənilir. Öz yükünüzü tərəf müqabilinizin çiyninə yükləməyin. ğDolça - Gözəl gündür. Dostlarla ünsiyyət qurun, qonaq gedin. Bir sözlə, əylənin. Uşaqlara diqqət yetirin; sizin qayğınızla həll olunacaq problemləri yarana bilər. Ailə münasibətlərini önəmsəyin. Balıqlar - Əyləncəli gündür. Səyahət və gəzinti üçün hazırlığa başlaya bilərsiz. İstənilən işdə şansınız gətirəcək. Hadisələrin gedişatını öz xeyrinizə dəyişə biləcəksiz. Axşam saatlarında yaxınlarınızın problemləri ilə maraqlanın. Onların sizə ehtiyacı var.BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 7 sentyabr

Günün ulduz falı - 7 sentyabr

BAKU.WS cümə gününün - 7 sentyabr qoroskopunu təqdim edir:Qoç - Əlverişli və rahat gündür. Xırda məsələlərə görə narahat olmayın. Problemləri həll etmək mümkünd...

2911 Şou-biznes 00:05 07 sentyabr 2018

Son xəbərlər