İstirahət gününün ulduz falı - 19 avqust
19
avq
2018
00:05
BAKU.WS istirahət gününün - 19 avqust tarixinin qoroskopunu təqdim edir:Qoç - Sizi çox sevindirəcək bir xəbər alacaqsınız. Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Çətinliklər sizi qorxutmasın. İstənilən situasiyada müsbət məqamları görməyə can atın. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız.Buğa - Sürprizlərlə zəngin gündür. Hadisələr spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq. Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər. Ruhdan düşməyin. Peşəkar biliklərinizi və təcrübənizi artırın. Axşam saatlarında normal istirahət edin.Əkizlər - Bütün qəfil təkliflərə ehtiyatla yanaşın. Hadisələrin məcrasını süni şəkildə dəyişməyə çalışmayın. Yaxın ətrafınızdakı insanları təsiriniz altına salmağa cəhd göstərməyin. Realist olun, prosesləri praqmatcasına dəyərləndirin. Əsassız ideyalar narahatlığa, gərginliyə səbəb olacaq. Xərçəng - Bu gün qeybətcil bədxahlarınız aktivlik nümayiş etdirəcəklər. Ünvanınıza söylənən fikirləri ciddiyə almayın. Dəyər verdiyiniz insanların qayğısına qalın, onları düşünün. Soyuqqanlı və laqeyd davranış münasibətlərdə ciddi anlaşılmazlıqlara səbəb ola bilər. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Şir - Çətin gündür. Hər şeyə rəğmən nikbin olun. Unutmayın, xoşbəxt anlar kimi bütün çətinliklər də müvəqqətidir. Ruhdan düşməyin. Yaşananları növbəti sınaq kimi qəbul edin. Önəmsiz işləri təxirə də salmaq olar. Amma zahirən mənasız, əslində ciddi məqamı nəzərdən qaçırsanız, bu nüans sonradan işlərinizdə əhəmiyyətli əngəllər yaradacaq. Qız - Qəfil meydana çıxan problemlər təcili həllini istəyir. Təmkinli şəkildə hərəkət edin və problemlərin həlli çətin olmayacaq. Ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin, bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz. Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola gedirsiniz. Tərəzi - Şəxsi həyatınızdakı problemləri işgüzar fəaliyyətinizdəki çətinliklərlə qarışdırmayın. Yaxınlarınızla mübahisələr etməyin. Yeni müttəfiqlər əvəzinə yeni rəqiblər qazana bilərsiz. Təmaslarda harmoniya yaradın. Əks təqdirdə peşman olacaqsınız. Axşam saatlarında özünüzün və vaxtınızın qədrini bilin. Yalnız özünüzə vaxt ayırın.Əqrəb - Səhər saatlarından etibarən gərgin dönəm başlanacaq. Önəmli işləri sürətlə həll edin. Enerji və qüvvənizdən yararlanın. Süst, ətalətli olmayın. Bəzi işlərdə çətinliklər yaranacaq. Ruhdan düşməyin, geri çəkilməyin. Yaşayış yerinin dəyişdirilməsi və ya köçlə bağlı planları təxirə salın.Oxatan - Fəaliyyətinizlə bağlı önəmli məsələlər həllini tələb edir. Layihələri yarımçıq qoymayın. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Maliyyə məsələlərində çətinliklər yarana bilər. Yaxınlarınızın problemləri ilə maraqlanın. Təmkinli, diplomatik, səbrli olun. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.Oğlaq - İntizam, qaydalara riayət nə qədər yüksək səviyyədə olarsa, məqsədə bir o qədər tez çatacaqsınız. Əhvalınız çox yaxşıdır. Tapşırıq və öhdəlikləri vaxtında yerinə yetirin. Sizdən yalnız inad tələb olunur. Axşam saatları təmir işlərinin aparılması münasib deyil. Dolça - Şanslı gündür. İş görüşləri sizin təxmin etdiyiniz kimi keçəcək, başgicəlləndirici təkliflər alacaqsız. Dostlarınız və ailə üzvlərinizlə ünsiyyət, əyləncəli tədbirlərdə iştirak əhvalınızı yüksəldəcək. Həm özünüzün, həm də başqalarının qayğısına qalırsınız. Köhnə tanışlarınız sizi hədiyyə ilə sevindirəcəklər.Balıqlar - Pozitiv enerji sizi əhatə edəcək. İstirahət günü olduğunu unutmayın, kompüter qarşısında oturmayın. Axşam saatlarında təbiətin qoynunda istirahət planı qurun. Lakin alkoqol və yağlı yeməkdən uzaq durun. Eyni zamanda, bütün diqqəti sağlamlığa yönəltmək olmaz. İstəklərinizə məhdudiyyət qoymayın.BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 8 avqust
BAKU.WS günün - 8 avqust tarixinin qoroskopunu təqdim edir:Qoç - Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə g...