Həftənin ilk iş gününün ulduz falı - 22 oktyabr

Həftənin ilk iş gününün ulduz falı - 22 oktyabr
Şou-biznes 2859
BAKU.WS həftənin ilk iş gününün - 22 oktyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - Gərgin gündür. Karyeranızla bağlı önəmli məsələlər həllini tələb edir. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Təmkinli, diplomatik, səbrli olun. Kənar müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər. Ruhdan düşməyin, mənfi tendesiya ötəri xarakterlidir. Nəticə uğurlu olacaq.Buğa - Sürprizlərlə zəngin gündür. Ailə üzvlərindən biri ilə bağlı xoş hadisə yaşanacaq və bu sizi çox sevindirəcək. Gələcəklə bağlı planlar qura bilərsiz, hadisələr sizin xeyrinizə inkişaf edir. Karyerada uğur qazanmaq istəyirsizsə, bu aralar bilik və bacarığınızı maksimum nümayiş etdirin. Əkizlər - Hormoniya və uğur vəd edən gündür. Hətta sizə rəğbət bəsləməyən insanlarla dil tapa biləcəksiniz. Ulduzların sizin xeyrinizə düzülüşündən istifadə edin. Şəxsi və işgüzar müstəvidə baş verən narazılıqları diplomatik qabiliyyətinizi işə salıb, yoluna qoyun. Xərçəng - Diqqət mərkəzində olacaqsız. Nöqsanlarınız gözə çarpacaq. Bu səbəbdən ehtiyatlı və sayıq olun. İntriqanın qurbanına çevrilmək istəmirsinizsə, heç kimin şəxsi məsələlərinə müdaxilə etməyin. Yaranan problemlərin sizə aidiyyatı yoxdur, kənarda qalın və baş verənləri sadəcə müşahidə edin. Şir - Gün uğurlu başlanacaq, rəngarəng gündür. Tənbəl olmayın. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. Faydalı tanışlıqlar sizə mövqelərinizi möhkəmlətməyə kömək edəcək. İşgüzar insanlara sərfəli təklif edilə bilər. İmtina etməyin. Qız - Gərgin gündür. Müdriklik nümayiş etdirsəniz, düşünülməmiş addımlardan qaça bilərsiz. Bu gün verdiyiniz səhv qərarlar yaxın gələcəkdə sizə çətinlik yarada bilər. Bu üzdən vacib məsələlərin müzakirəsini və həllini təxirə salın. Günü sakit ailə şəraitində keçirin. Məqsədə çatmaq üçün vaxt gərəkdir.Tərəzi - Pozitiv gündür. Enerjiniz yüksəlib, bütün məsələlərdə aktivlik nümayiş etdirə bilərsiz. İşgüzar məsələlər daha çox zamanınızı alacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün də yaxşı zamandır. Emosiyalarınızı tənzimləyin, lazımsız hisslər problem yarada bilər.Əqrəb - Diqqət tələb edən gündür. Həm işdə, həm də ailədə sizin qayğınızla həll olunacaq problemlər yarana bilər. İşdə kollektivin dəstəyinə güvənə bilərsiz, sizi məyus etməyəcəklər. Ailə münasibətlərini önəmsəyin, onların sizə ehtiyacı var. Axşam saatlarında yaxınlarınızın problemləri ilə maraqlanın. Oğlaq - Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Önəmli insanlarla münasibətləri qorumaq üçün sözlərinizdə ehtiyatlı olun. Yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz. Axşam saatları sevdiyiniz insanla romantik görüş vəd edir.Dolça - Fəaliyyətinizdə problemlər yarana bilər, lakin narahat olmağa dəyməz. Çoxdan tanıdığınız nüfuzlu şəxs sizin prolemlərinizi həll edəcək. İşgüzar danışıqlar məhsuldar olacaq. Karyeranızda yeni perspektivlər yaranacaq. Sevdiyiniz insana sizin üçün dəyərli olduğunu bildirməyin zamanı gəlib çıxıb. Balıqlar - Şanslı gündür. Hadisələrin gedişatını öz xeyrinizə dəyişə biləcəksiz. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. Faydalı tanışlıqlar sizə mövqelərinizi möhkəmlətməyə kömək edəcək. Axşam saatlarında köməyinizə ehtiyacı olan yaxınlarınızın problemləri ilə maraqlanın. BAKU.WS

Oxşar xəbərlər

Həftənin ilk iş gününün ulduz falı - 1 oktyabr

Həftənin ilk iş gününün ulduz falı - 1 oktyabr

BAKU.WS bazar ertəsinin - 1 oktyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - Həftənin ilk iş günü olmasına baxmayaraq, karyeranızla bağlı önəmli məsələlər həllin...

3970 Şou-biznes 00:05 01 oktyabr 2018

Son xəbərlər