Həftənin ilk iş gününün ulduz falı - 1 oktyabr
01
okt
2018
00:05
BAKU.WS bazar ertəsinin - 1 oktyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - Həftənin ilk iş günü olmasına baxmayaraq, karyeranızla bağlı önəmli məsələlər həllini tələb edir. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Təmkinli, diplomatik, səbrli olun. Hadisələr spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq. Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər. Ruhdan düşməyin. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.Buğa - Sürprizlərlə zəngin gündür. Diqqət mərkəzində olacaqsız. Nöqsanlarınız gözə çarpacaq. Ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Tənqidlər sizi ruhdan salmasın. Yaşananlar ötəri xarakterlidir. Səhhətinizi düşünün. Bütün münasibətlərdə maksimum diqqətli olun. Axşam saatlarında normal istirahət edin.Əkizlər - Hormoniya və uğur vəd edən gündür. Hətta sizə rəğbət bəsləməyən insanlarla dil tapa biləcəksiniz. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır. Şəxsi və işgüzar müstəvidə baş verən narazılıqları diplomatik qabiliyyətinizi işə salıb, yoluna qoyun. Münasibətləri indi düzəltməsəniz, uzunmüddətli münaqişəyə çevrilə bilər.Xərçəng - Gərgin gündür. Əhvalınızın pisləşməsini istəmirsizsə, ehtiyatlı və sayıq olun. İntriqanın qurbanına çevrilə bilərsiniz. Ən yaxın bildiyiniz insanlar sizi çətinliklə anlayacaq. Onları başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Onsuz da özünüzü yorğun hiss edirsiz, enerjinizin tükəndiyini düşünürsüz. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. İstirahət şərtdir!Şir - Gün uğurlu başlanacaq, rəngarəng gündür. Tənbəl olmayın. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. Faydalı tanışlıqlar sizə mövqelərinizi möhkəmlətməyə kömək edəcək. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. İşgüzar insanlara sərfəli təklif edilə bilər, buna görə də müvəqqəti kiçik çətinliklər üzündən ondan imtina etməyin. Qətiyyətli olun. Özünüzü çox yormayın, fiziki işlərdən uzaq olun. Qız - Müdriklik nümayiş etdirin, yalnız bu yolla düşünülməmiş adddımlardan qaça bilərsiz. Günü sakit ailə şəraitində keçirin. Təkəbbürdən və qısqanclıqdan uzaq olsanız, həm şəxsi, həm də işgüzar sahələrdə hormoniya gözlənilir. Öz yükünüzü tərəf müqabilinizin çiyninə yükləməyin. Gözəl gündür. Dostlarla ünsiyyət qurun, qonaq gedin. Bir sözlə, əylənin. Uşaqlara diqqət yetirin; sizin qayğınızla həll olunacaq problemləri yarana bilər. Tərəzi - Müdriklik nümayiş etdirin, yalnız bu yolla düşünülməmiş adddımlardan qaça bilərsiz. Günü sakit ailə şəraitində keçirin. Təkəbbürdən və qısqanclıqdan uzaq olsanız, həm şəxsi, həm də işgüzar sahələrdə hormoniya gözlənilir. İşgüzar insanlara sərfəli təklif edilə bilər, buna görə də müvəqqəti kiçik çətinliklər üzündən ondan imtina etməyin. Qətiyyətli olun. Özünüzü çox yormayın, fiziki işlərdən uzaq olun. Əqrəb - Gözəl və əyləncəli gündür. Dostlarla ünsiyyət qurun, qonaq gedin. Bir sözlə, əylənin. Uşaqlara diqqət yetirin; sizin qayğınızla həll olunacaq problemləri yarana bilər. Ailə münasibətlərini önəmsəyin. Səyahət və gəzinti üçün hazırlığa başlaya bilərsiz. İstənilən işdə şansınız gətirəcək. Hadisələrin gedişatını öz xeyrinizə dəyişə biləcəksiz. Axşam saatlarında yaxınlarınızın problemləri ilə maraqlanın. Onların sizə ehtiyacı var.Oğlaq - Səbrli, dözümlü olun. Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Məqsədə çatmaq üçün vaxt gərəkdir. Sizin üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun. Yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz. Axşam saatları sakit və xoş keçəcək.Dolça - Fəaliyyətinizdə problemlər yaranarsa, narahat olmayın. Nüfuzlu bir insan sizin bir sıra prolemlərinizi həll edəcək. İşgüzar danışıqlar məhsuldar olacaq. Yeni perspektivlər aşkarlanacaq. Aktiv olun. Sevdiyiniz insana sizin üçün dəyərli olduğunu bildirməyin zamanı gəlib çıxıb. Yaxın gələcəklə bu addımınızın xoş nəticəsini görəcəksiz. Axşam saatları romantik münasibətlər vəd edir.Balıqlar - Əyləncəli gündür. Səyahət və gəzinti üçün hazırlığa başlaya bilərsiz. İstənilən işdə şansınız gətirəcək. Hadisələrin gedişatını öz xeyrinizə dəyişə biləcəksiz. Axşam saatlarında yaxınlarınızın problemləri ilə maraqlanın. Onların sizə ehtiyacı var. Macəra axtarmağın zamanı deyil. Ailə münasibətlərini önəmsəyin. İmkan tapsanız, dincəlin. Özünüzü unutmayın!BAKU.WS
Oxşar xəbərlər
İstirahət gününün ulduz falı - 16 sentyabr
BAKU.WS istirahət gününün - 16 sentyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - İstirahət günü olmasına baxmayaraq, karyeranızla bağlı önəmli məsələlər həllini...