İndira Hacıyeva: Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma etimadın və imkanların bərpasıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan postmünaqişə dövründə 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi inşa edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda sadəcə dağıdılmış ərazilər bərpa edilmir:
"Yenidənqurma yalnız yolların və binaların tikilməsi demək deyil. Bu, etimadın, imkanların və gündəlik həyatın yenidən qurulması deməkdir. Biz inanırıq ki, hər bir icma təkcə bərpa olunmağa deyil, həm də inkişaf etməyə layiqdir".
Nazir müavini deyib ki, Azərbaycan yaşıl enerji, rəqəmsal innovasiyalar və insan mərkəzli şəhərsalma vasitəsilə insanların necə yaşayacağını, işləyəcəyini, təhsil alacağını və inkişaf edəcəyini yenidən təsəvvür edir:
"Hazırda təxminən 85 min insan bu yenilənmiş ərazilərdə yaşayır, işləyir və təhsil alır. Biz inanırıq ki, şəhərlər sağlam, əlçatan və bir-biri ilə bağlı olmalıdır. Məhz buna görə də "Sağlam Məhəllə", "İdman Səhərləri" və Fit Track kimi layihələr sağlam həyat tərzini və ictimai fəallığı gənclərə daha da yaxınlaşdırır".
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əz...