Günün ulduz falı - 11 oktyabr
11
okt
2018
00:05
BAKU.WS cümə axşamının - 11 oktyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür. Buğa - İşgüzar danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var. Özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə hazırdır. Əkizlər - Qarışıq gündür. Ətrafınızda baş verənləri aydınlaşdırmaq üçün hadisələri müşahidə edin, intuisiyanızı dinləyin. Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəlisiz, bu halınız emosional insanlarla aranızda ciddi fikir ayrılıqları yaradacaq. Xərçəng - Özünüzə güvəniniz artıb, qətiyyətli və iradəlisiz. Yaradıcılıq planlarını reallaşdıra bilərsiniz. Problemlərin həllinə fərdi yanaşın. Onları mütləq şəkildə çözmək gərəkdir. Həmişəkindən fərqli olaraq bir qədər risk etmək olar. Yeni layihəyə başlamayın.Şir - Şanslı gündür. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çatacaqsınız. Çevrənizdəki insanlar da sizi gözəl anlayır, rəğbət bəsləyirlər. Günün energetikasından səmərəli istifadə edin. Şəxsi və işgüzar məsələləri qaydasına salın.Qız - Fəaliyyətinizdə problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq. Axşam saatları romantik münasibətlər vəd edir. Aktiv olun. Sevdiyiniz insana sizin üçün dəyərli olduğunu bildirməyin zamanı gəlib çıxıb. Yaxın gələcəklə bu addımınızın xoş nəticəsini görəcəksiz.Tərəzi - Diqqətli olun. Yaşanan olayları həssaslıqla izləyin. Hər bir xırda məqamı araşdırın. Bu günün kiçik səhvi sabahın böyük problemini yarada bilər. Qətiyyətli olun. Əzmkar insan təsiri bağışlayın. Maliyyə və əmlak sənədlərində səhvlərə yol verməyin.Əqrəb - Ehtiyatlı və sayıq olun. İintriqanın qurbanına çevrilə bilərsiniz. Ən yaxın bildiyiniz insanlar sizi çətinliklə anlayacaq. Onları başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Bu gün yaşadıqlarınız sizə həyat təcrübəsi qazandıracaq.Oxatan - Gərgin gündür, əhvalınızın pisləşməsini istəmirsizsə, bu gün aktivlik nümayiş etdirməyin. Onsuzds özünüzü yorğun hiss edirsiz, enerjinizin tükəndiyini düşünürsüz. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. Səhhətinizə fikir verin.Oğlaq - Gün uğurlu başlanacaq. Tənbəl olmayın. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. Faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək yaranacaq. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Dolça - Günün ilk yarısı uğurlu olacaq. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır. Axşam saatlarını istirahətə həsr edin.Balıqlar - Günün ilk yarısı uğursuz olacaq. Yaxın insanlarla problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri, planlaşdırılmamış xərclər istsina deyil. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 9 oktyabr
BAKU.WS şərşənbə axşamının - 9 oktyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - Çətinliklər yaransa da, yaxşı gündür. Çətinliklər sizi zəiflətməsin. Şəraitə uyğu...