Günün ulduz falı - 5 sentyabr
05
sen
2018
00:05
BAKU.WS çərşənbə gününün - 5 sentyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - Gözlənilməz hadisələr və xoş sürprizlərlə dolu gündür. Yeni layihələri reallaşdırmaq üçün əlverişli zamandır. Qətiyyətli olsanız, karyerada irəliləyiş gözlənilir. Şəxsi müstəvidə ciddi tanışlıq ehtimalı var. Maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik eləməyin. Borc almayın.Buğa - Dəyişikliklər olacaq. Narahat olmayın, yaxşılığa doğrudur. İş yerini dəyişmək imkanı yaranacaq. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə də təkan olacaq. Uzunmüddətli səfərə yollana bilərsiniz. Sizi dostlarla görüş, ya da romantik macəra gözləyir.Əkizlər - Şans sizinlə yanaşı addımlayır. İşdə və evdə yaşanan yeni imkanlar planlarınızı dəyişdirəcək. İşdə rəhbərlik və həmkarlarla qeyri-formal şəraitdə ünsiyyət üçün yaxşı gündür. Fürsəti əldən vermək istəmirsizsə, qərarları qəbul edərkən çox düşünməyin. Axşam romantik abu-hava yaşayacaqsız.Xərçəng - Çətin gün təsiri bağışlayacaq, lakin problemlərin öhdəsindən gələcəksiniz. Rəhbərlik sizdən çox iş tələb edir, qarşınıza yeni tapşırıqlar qoyur. Sərfəli anlaşma, yaxşı sifariş və ya gəlirə bel bağlamayın. Bununla belə, ümidi kəsməyin. Hər şey yaxşı olacaq.Şir - Problemlər emosional fonu zədələyib. Bu səbəbdən də yaşanan hər bir hadisəni bədbin çalarlarda görürsünüz. Səbrli olun, günün ikinci yarısında pozitiv təmayüllər güclənəcək, özünüzü daha rahat hiss edəcəksiniz. Qısqanclıq krizləri sevdiyiniz insanla münasibətlərinizi korlayacaq. Qız - Gün aktivlik tələb edir. Günlərlə yığılıb qalmış məsələlər həllini gözləyir. Diqqəti və gücü aktual problemlərin çözülməsinə yönəldin. İşdə rəhbərlik və həmkarlarla anlaşılmazlıq yaranarsa, mübahisə etməyin. Söhbət və danışıqlarda ehtiyatlı olun. Nüfuzunuzu itirə bilərsiz. Tərəzi - Qarışıq gündür. Enerjiniz aşıb-daşır, yYeni ideyalar çoxdur. Amma onları reallaşdırmaq üçün münbit şərait yetişməyib. Bu vəziyyət sizi özünüzdən çıxaracaq. Xüsusilə, axşam saatları əsəbi keçəcək. Arzularınızla imkanların üst-üstə düşməməsi əsəblərizi tarıma çəkə bilər. Yoqa ilə məşğul olun.Əqrəb - Gərgin gündür. Ən xırda problem belə əhvalınızı pozacaq. Səbrli olmasanız kiçik anlaşılmazlıqlar böyük münaqişəyə çevrilə bilər. Heç kim sizi dinləmək, sizinlə razılaşmaq istımir. Ruhdan düşməyin, ağlınızı və şirin dilinizi işə salsanız, özünüzü sevindirə biləcəksiz. Oxatan - Gün maraqlı hadisələrlə zəngin olacaq. Həş karyera, həm də şəxsi müstəvidə müsbət amillər özünü büruzə verəcək. Qətiyyətli olsanız, məqsədlərinizə çata bilərsiniz. Uğur qazanmaq istəyirsizsə, başqalarının səhvlərdən nəticə çıxarın. Bu prinsip bu gün sizin üçün böyük rol oynayacaq.Oğlaq - Peşəkar müstəvidə uğur ehtimalı var. Lakin bu asan başa gəlməyəcək, zəhmət çəkməli olacaqsınız. Heç kim sizə yardım etmək istəmir. Bu gün sanki dostlarınız üçün gözəgörünməz olmusuz. Yorulacaq, usanacaqsınız, amma gün bitənədək zəhmətinizin bəhrəsini hiss edəcəksiz. Dolça - Ulduzlar sizdən qətiyyət tələb edir. İşgüzar danışıqlarda uğur əldə etmək istəyirsinizsə güzəştə getməyin. Çoxdan bəri görmədiyiniz insanlarla görüşlər effektiv nəticə verəcək. Günün ikinci yarısı ailə üzvləri ilə birlikdə istirahət planı qura bilərsiz. Alış-verişdə bədxərclik etməyin.Balıqlar - Bu gün xeyirxah mələk rolunu oynayacaqsız. Küsənləri barışdırın, yaxın ətrafınızda yardıma ehtiyacı olan insanlara kömək edin. Bu gün ən çətin problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Yaşananlardan pozitiv emosiyalar alacaqsız, çünki insanlara kömək etmək sizi xoşbəxt edir.BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 4 sentyabr
BAKU.WS çərşənbə axşamının - 4 sentyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - Müsbət tendensiyalarla müşahidə olunan uğurlu gündür. Bütün işgüzar görüşlər və...