Şənbə gününün ulduz falı - 30 iyun

Şənbə gününün ulduz falı - 30 iyun
Şou-biznes 2786
BAKU.WS şənbə gününün - 30 iyun tariixinin ulduz falını təqdim edir: QOÇ - Xoş gündür. İstənilən tədbirə cəsarətlə qatılın. Riskdən qorxmayın, ulduzlar uğur vəd edir. Günü dolğun yaşayın.BUĞA - Şeytani gündür. Məyusluq gətirəcək. Əgər ezamiyyətə və ya uzun müddətli səfərə hazırlaşırsızsa, bunu sabaha saxlayın. Ən yaxşısı daha sərfəli şərtlərlə hərəkət edin.ƏKİZLƏR - Gün yaxın insanlar və ya işlə bağlı məyusluq gətirəcək. İstənilən səfər və səyahət uğursuzluqla bitəcək. Maliyyə itkiləri ola bilər. Aldadıla bilərsiz. Mümkün qədər diqqətli və ehtiyatlı olun.XƏRÇƏNG - Əgər məzuniyyətə yola düşməmisizsə, bunu yaxın zamanda etməniz məsləhət görülür. Sizə istirahət vacibdir. Ulduzlar biznesmenlərə investisiya qoyuluşunda tələsməməyi məsləhət görür. ŞİR - Əməkdaşlarla və rəhbərliklə ünsiyyət üçün uğurlu gündür. Bu gün siz işlərinizdə uğur qazanacağınıza inana bilərsiz. Lakin müştərək layihəyə baş qoşmayın. QIZ - Şanslı gündür. Maliyyə məsələlərində uzunmüddətli uğur gözlənilir. Şəxsi həyatınızda da işlər qaydasında gedəcək. Bu günün təsirini həftə boyu hiss edəcəksiz.TƏRƏZİ - Yaxşı gün deyil. Çevrənizdəki insanların həyatında baş verən hadisələr - mənfi emosiyalar, qəzalar, xəstəliklər sizə təsirsiz ötüşməyəcək. Siz vəziyyəti düzəldə bilərsiz. İç dünyanızı dinləyin, hisslərinizi iqnor etməyin. Əgər başınıza pis iş gəlibsə, dərd etməyin. Hər gecədən sonra gün doğar. ƏQRƏB - Ezamiyyət və səyahət üçün əlverişli gündür. İş əhval-ruhiyyəniz aşağı olacaq. Romantik və ya dostlarla görüş yerinə düşər. Sevdiyiniz şəxslə aranız dəyə bilər, təmkinli olun.OXATAN - Narahat gündür. Peşəkar sahədə və ya doğma insanlarla münasibətdə məyusluq ehtimalı var. İstənilən maliyyə və ya işgüzar əməliyyat uğursuz alınacaq. Aldanmaq istəmirsizsə diqqətli olun.OĞLAQ - Rəhbərliyə müraciət üçün xeyirli gündür. Sözünüz yerə düşməyəcək. İstənilən tədbirə cəsarətlə qatılın. Cəhdləriniz nəticəsiz qalmayacaq.DOLÇA - Bu gün öz düşüncələrinizlə baş-başa qalacaqsız. Daha çox bilik əldə etmək istəyi yaranacaq. Təkliyə çəkilin, bu gün səs-küylü məclislər sizlik deyil. BALIQLAR - Ehtimal olunur ki, səviyyəli təşkilatların nümayəndələri sizinlə maraqlanacaqlar. İstedadınız və aktivliyiniz onlarda sizə maraq yaradacaq. Ola bilsiz sizə yeni vəzifə versinlər. Düşünmədən razılaşın. BAKU.WS

Oxşar xəbərlər

Cümə gününün ulduz falı - 01.06.2018

Cümə gününün ulduz falı - 01.06.2018

BAKU.WS günün - 4 mayın ulduz falını təqdim edir:QOÇ - Bu gün uğurlu gündür. Bu gün istənilən imkanlardan istifadə edib maddi və ya şəxsi həyatınızı yaxşılığa d...

2647 Şou-biznes 08:58 01 iyun 2018

Son xəbərlər