SİZİN REKLAM BURADA!
055 213 76 73



Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways” milli aviaşirkəti lüks xidmətdə sərhəd tanımır.
 
BAKU.WS-in məlumatına görə, şirkətin 2 mərtəbəli Airbus 380 tipli sərnişin təyyarəsi əsl rezidansdan seçilmir. Təyyarədə "Rezidans Suite" adlanan xüsusi kabinalar 2 nəfərlikdir və 12 kvadrat metr ərazini əhatə edir. Bu sahənin içində qonaq otağı, vanna otağı və yataq otağı var.

"Etihad Rezidans" kabini isə A380 ikinci mərtəbəsində yerləşir. Bu kabinada bir və ya iki sərnişin qala bilər. Bu mərtəbədə qalan sərnişinlərə Londondakı "Savoy Otel"də təhsil alan personal tərəfindən xidmət göstərilir. Bu suitlərdə Abu Dabidən Londona səfər etməyin qiyməti isə təxminən 21 min dollardır. Bu təyyarənin biletlər bir il əvvəldən satılmış olur.

Biznesklas-da uçan sərnişinlər üçün ayrılmış yer isə daha sadədir. Təyyarənin biznesklass hissəsində Abu Dabi-London arası uçuş qiyməti 8400-9800 dollar arasında dəyişir. Bu suitdə kabinlər arasında arakəsmələr var. Biznesklasda hər sərnişin, kreslosundakı düyməni basaraq öz yataqlarının aça bilər. Bütün sərnişinlər corab, qulaq pambığı, diş fırçası, daraq və yüksək keyfiyyətli səyahət aksesuarları ilə təmin edilir.
 
BAKU.WS