Bakıda milyon dollarlıq lüks villalar satılır (FOTO)

Bakıda milyon dollarlıq lüks villalar satılır (FOTO)
Sosial 15103

Bakıda fantastik qiymətə villalar satışa çıxarılıb.

BAKU.WS-in məlumatına görə, dəbdəbəli və lüks şəraitli bu villalar alıcılara milyon dollarlara təklif olunur.

Belə villalardan biri Azadlıq prospektində satışa çıxarılıb. Qiyməti 1 milyon 300 min manat olan ev 12 otaqdan ibarətdir. 4 mərtəbəli villada 3 idman otağı, 2 3 sanuzel və sauna (180 km2), istirahət otaqları var. 680 kv.lıq villanın qarşısında 6 sot torpaq ərazisi də var. 

Bakıda milyon dollarlıq lüks villalar satılır (FOTO)

Digər bir villa isə Mərdəkanda satışa çıxarılıb. Qiyməti 1 milyon manat olan villada tennis kortundan tutmuş üzmə hovuzuna kimi hər şey var. 40 sot ərazidə yerləşən 2 mərtəbəli villa 12 otaqdan ibarətdir.

Bakıda milyon dollarlıq lüks villalar satılır (FOTO)

Həzi Aslanov qəsəbəsində yerləşən bu villa isə nə az, nə çox düz 2 milyon 700 min manatadır. 12.5 sot həyətyanı sahəsi olan, 3 mərtəbəli, 8 otaqlı ümumi sahəsi 1200 m2 olan villanın həyətində böyük şəlaləsi var. Sauna ve hovuz da olan villa həm də dəniz mənzərəlidir. 

Bakıda milyon dollarlıq lüks villalar satılır (FOTO)

Səbail rayonu Badamdar qəsəbəsində qiyməti 2 milyon manat olan villa satışa çıxarılıb. Dənizə panaraması olan ümumi sahəsi 270kv.m olan təmirli 4 mərtəbəli 13 otaqlı villada sauna, kitabxana, 8 yataq otağı, 4 zal və 6 sanuzer (ayaq yolu) var. 

Bakıda milyon dollarlıq lüks villalar satılır (FOTO)

Elmlər Akademiyasında 4 milyon 200 min manata 5 mərtəbəli villa satılır. İçərisində lifti də olan 1500 kv.lıq villa 15 otaqdan ibarətdir. Villanın təmirsiz olmasına baxmayaraq villa kifayət qədər bahadır. 

Bakıda milyon dollarlıq lüks villalar satılır (FOTO)

Şüvalanda 4 mərtəbəli dəniz mənzərəli ultra – lüks villa satılır. Fərdi arxitektur layihə əsasında inşa edilən villa daxili bəzək işləmələri, rəssam əl işi ,yüksək stil və dizayn, xaricdən gətirilmiş eksklüziv mebellərlə təchiz edilib. Bu dəbdəbəli villanın qiyməti 4 milyon 500 min manatdır. 4 mərtəbli 1750 m2 villa 10 otaqdan ibarətdir. 

Bakıda milyon dollarlıq lüks villalar satılır (FOTO)

 

Bakıda milyon dollarlıq lüks villalar satılır (FOTO)

Badamdar qəsəbəsində qiyməti 5 milyon 500 min manat olan 3 mərtəbəli villa satılır. 11 otaqdan ibarət villa 1070 m2-dır. İçərisində hovuzu, saunası olan lüks villa xüsusi dizaynla hazırlanıb.

 

Bakıda milyon dollarlıq lüks villalar satılır (FOTO)

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 4 milyon manata villa satılır (FOTO)

Bakıda 4 milyon manata villa satılır (FOTO)

Bakıda fantastik qiymətə villa satışa çıxarılıb. BAKU.WS-in məlumatına görə, Xəzər rayonu ərazisində yerləşən villanın qiyməti 4 milyon manatdır. Ev alqı-sat...

4048 Sosial 12:19 13 sentyabr 2015

Son xəbərlər