Dünyanın ən cazibədar dəniz piyadası — FOTO

ABŞ ordusunun ən cazibədar xanım hərbçisi təqvim üçün yeni çəkilişlər edib.BAKU.WS xəbər verir ki, 29 yaşlı Şennon İhrke İhrke ağır silahlarla fotolar çəkdirib.
19 yaşında orduya daxil olan və 4 il xidmət aparan Şennon İhrke bildirib ki, Dəniz Qüvvələrində xidmət edən bir qadın kişilərlə eyni olmaq üçün iki dəfə çox çalışmalıdır:
“Bir çox dənizçi onlara ayaq uydura bilməyəcəyimi, onlar qədər güclü ola bilməyəciyimi düşünürdü. Onları məyus etmək üçün üzərimdə çox işlədim. Çox çətin idi, amma bacardım”.
İhrke zabit kimi bütün dünyanı gəzib və İllinoys ştatındakı kollecdə də təhsil alıb. Ordudan ayrıldıqdan sonra isə modelliyə başlayıb:
“Modellik üçün də çox çalışmaq lazımdır. Dəniz Qüvvələrinə borcluyam. Oyanmaq, özümü məcbur etmək, hədəflər qoymaq, iş çətinləşən kimi savaşmaq üçün mənə bir səbəb verdi”.
Şennon bildirib ki, başqa hədəfləri olmasa, tərəddüd etmədən yenidən orduya yazılardı.
Cavid BabayevBAKU.WS










Oxşar xəbərlər
Azərbaycana gələn iranlı turist: Arvadımı velosipedə dəyişdim – VİDEO
63 yaşlı Həmid Qazi İranın Tehran şəhərindədir. O, 10 ilə yaxındır ki, nəqliyyat vasitəsi kimi yalnız velosipeddən istifadə edir. Velosipedlə İranı, Türkiyəni,...
