Payız fəsli artıq Azərbaycana daxil olub.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən məlumata görə, payız fəsli bu gün Bakı vaxtilə saat 05:54-də ölkəmizə daxil olub.

Bu gün gecə və gündüz bərabərliyi baş verəcək - Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır.

Qeyd edək ki, ölkəmizə növbəti payız fəslinin gəlişi 23 sentyabr 2019-cu ildə saat 11:50-də baş tutacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək.

BAKU.WS