Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də saat 05:54:06-da daxil olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən məlumata görə, payız fəsli daxil olduğu anda həm də gecə-gündüz bərabərliyi baş verir.

Buna adətən payız bərabərliyi də deyirlər.

Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir.

Beləliklə də, şimal yarım kürəsiü üçün payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır.

Qeyd edək ki, Azərbaycanda qış fəsli dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) daxil olacaq.

BAKU.WS