VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS bu günün qoroskopunu təqdim edir:

Qoç - İşgüzar səfər ehtimalı var. İş yerində səmimi olun. Karyeranızı zərbə altına qoymaq istəmirsizsə, həmkarlarla və rəhbərliklə ünsiyyətdə kobudluğa yol verməyin. Doğmalarınızla mehriban olun. Bu gün sizi yalnız pozitiv enerjiniz xilas edəcək.

Buğa - Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Eyni zamanda bilik və bacarıqlarınıza tələbat da artacaq. Qəfil tapşırıq, öhdəlik də istisna deyil. Sənədləşdirmələrdə, hesabatlarda diqqətli olun. Ailə üzvlərinizin səmimiyyət və qayğıya daha çox ehtiyacı var.

Əkizlər - Yaxınlarınızla münasibətlərdə anlaşılmazlıq, fikir ayrılıqları yarana bilər. Ünsiyyətdəki problemlər əhəmiyyətli deyil. Hər şeyi ürəyinizə salmayın. Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək əlverişli deyil. Axşam saatlarında səyahətə və ya səfərə yollanmaq olar. Yeni tanışlıqlar istisna deyil.

Xərçəng - Həftənin ortasıdır, enerjiiniz azalır. Gündəlik işlərlə məşğul olun, özünüzü artıq yükləməyin. Yaxınlarınızla ünsiyyət xoşagələn olmaya bilər. Sizdən yardım istəyəcək, bir sıra problemlərin həllini sizə həvalə etməyə çalışacaqlar. Münaqişəli situasiyalarda təmkin nümayiş etdirin. Gələn xəbərləri təhlil edin.

Şir - Qarışıq gündür. Günün ilk yarısı hadisələrin inkişafı sizi qane etməyəcək. Kənar amillərin təsiri altında bəzi ssenariləri dəyişmək məcburiyyətində qaloacaqsız. Günün ikinci yarısında neqativ məqamlar sizdə bədbinlik yaratmasın. Unutmayın, hər şey keçəcək. Səhhətinizə fikir verin.

Qız - Nikbin və gülərüz olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin. Günün ikinci yarısında ötən həftədən yarımçıq qalan işi başa vurun. Emosiyalarınıza nəzarət edin.

Tərəzi - Əlverişli və yaxşı gündür. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıqla məşğul olmaq mümkündür. Günün ikinci yarısında məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir.

Əqrəb - Təzadlı gündür. Fikir və mövqelərinizi aqressiv şəkildə açıqlamağa tələsməyin. Situasiyanı sonadək araşdırın. Yaxın ətrafınızdakı insanlar radikal mövqeyinizi bölüşməyəcəklər. Səhhətinizə fikir verin. Yaxınlarınızın haqsız iradları ilə razılaşmaq çox çətindir. Ailədəki ab-havaya fikir verin, aqressiv olmayın. Güzəşt edin.

Oxatan - Gün ancaq xeyir gətirəcək. Mənfəət əldə edərək əlavə gəlir mənbəyinə yiyələnə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdəki kiçik problemlərdə paradoksal olsa da, xeyir var. Çünki maneələrlə sədləri dəf edərkən strategiyanı dəyişə bilərsiniz. Şəxsi və işgüzar məsələlərdə hər şey sizin xeyrinizə nəticələnək.

Oğlaq - Aldığınız hər xəbərə, eşitdiyiniz hər məlumata inanmayın. Xəbərlərin əksəriyyəti yanlış ola bilər. Üstəlik, bəzi informasiyalar inandırıcı deyil. Günün ikinci yarısında işlərdə dönüş yaratmağa çalışın. Planlarda zəruri dəyişikliklər qaçılmazdır. Dəyər verdiyiniz insanların ehtiyaclarını nəzərə alaraq proseslərə müdaxilə edin.

Dolça - Məhsuldar, sərfəli, hadisələrlə zəngin zamandır. Yeni istiqamətdə ilk addımlar pis alınmayacaq. Günün ikinci yarısında sərvaxt və ehtiyatlı olsanız, ən çətin işin öhdəsindən gələcəksiniz. Etibarsız layihələrə baş qoşmayın.

Balıqlar - İnteraktiv gündür. Yaşamın intensiv ritminə uyğunlaşmaq istəyirsizsə, astagəllik, süstlükdən uzaq olun. Günün ikinci yarısında rəqibləri üstələyn. Sizə meydan oxuyan insanı geridə qoyun. Alış-verişdə bədxərclik etməyin. Maraqlarınızı kimsəyə güzəştə getməyin.

BAKU.WS