İstirahət gününün ulduz falı - 10.06.2018
10
iyn
2018
00:04
BAKU.WS həftəsonunun qoroskopunu təqdim edir:QOÇ - Yaxın ətrafınızdakı insanlar adi günlərdən fərqli olaraq işlərinizə daha çox qarışırlar. Onlar ehtiyac duymadığınız məsləhətlər verirlər. Bütün bunlara əvvəlcə təmkinlə reaksiya versəniz də, sonradan sinirlənəcək, qıcıqlanacaqsınız. Bədxərclik etməyin, alış-verişdə israfa yol verməyin.Sevdiyiniz insan sizi xoş sürprizlə sevindirəcək.BUĞA - Yaxın ətrafınızdakı insanlar sizdən çox radikal, cəsur addımlar gözləyirlər. Belə addımları atmaq üçün özünüzə, qüvvə və potensialınıza inanmağınız yetər. Günün ikinci yarısında qətiyyətli, iradəli olun. Özünüzlə tək qalanda verdiyiniz qərarlara, atdığınız addımlara təəssüflənməyin. Axşam saatlarında maraqlı məşğuliyyət, təxəyyül və fantaziyanızı işə salmağa imkan verən iş tapın.ƏKİZLƏR - Risk getməyin. Yalnız ehtiyac yaranarsa, avantüraya qatılmaq olar. Faydalı və sərfəli tanışlıqlar da olmayacaq. Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər ola bilər. Sağlıq durumunuz üçün ciddi təhlükə yoxdur. Yeni romantik təmaslar olmayacaq. Ailənin yaşlı üzvləri yaxşı məsləhətlər verəcəklər. Axşam saatlarında pul və ya hədiyyə almağınız istisna deyil.XƏRÇƏNG - Çevrənizdəki insanlar sizi yanlış anlayırlar. Bu səbəbdən hətta ən yaxın insanlarla ortaq məxrəcə gəlmək çətinləşir. Birgə işlərə, layihələrə başlamaq məsləhət deyil. Tərəfdaş və ya şəriklərlə sonsuz mübahisələrə görə bu işi yarımçıq qoymaq məcburiyyətində qalacaqsınız.Günün ikinci yarısında yeni təcrübə və dəyərli biliklər əldə edə bilərsiniz. Axşam saatlarına yaxın şəxsi həyatınızda ciddi dəyişiklik ehtimal edilir.ŞİR - İntuisiyanız çox kəskindir. Hisslərinizə güvənə bilərsiniz. Yanınızdakı insanların istəklərini anlamağa çalışın. Bu gün kiminləsə münasibətlər yaranarasa, həmin təmas uzun müddət davam edə bilər. Günün ikinci yarısında soyuqqanlı və təmkinli olun. Emosiyaların əsarətində çabalamayın. Uzaq səfərə çıxmayın. Rahat, alışdığınız, komfortlu şəraitdə maksimum vaxt keçirin.QIZ - Ən ağır durumlarda müttəfiq və ya dostların yardımlarına bel bağlaya bilərsiniz. Məsləhətli donun gen olduğunu unutmayın. İndiyədək yaxşı heç nə gözləmədiyiniz insanlar belə, ideyalarınızı dəstəkləyəcəklər. Günün ikinci yarısında yaradıcı yanaşma, təxəyyülün pərvazını tələb edən işlərdə uğur qazanacaqsınız. Darıxdırıcı, rutin və sönük işlərlə məşğul olmaq asan deyil. TƏRƏZİ - Yeni işə və ya layihəyə başlamaq, səfərə yollanmaq üçün əlverişli gündür. Alış-veriş etmək olar. Bahalı qacetlərə, məişət texnikasına fikir verin. Kulinariya ilə maraqlanırsınızsa qeyri-adi təamlarla eksperimentlər apara bilərsiniz. Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun. Cəhdləriniz gözləntilərinizin tam əksinə olaraq yaxşı qarşılanacaq. Ailənizlə birlikdə vaxt keçirməyi unutmayın.ƏQRƏB - Yaxşı tanımadığınız insanlara inanmayın, ciddi işlərdə tərəfdaşlığı etibar etməyin. Sizdən yararlanmaq, hesabınıza pul qazanmaq istəyən insanlar az deyil. Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək, anlaşma və sövdələşmələri nəzərdən keçirmək məsləhət deyil. Alış-verişdə bahalı əşyalar almayın. Axşam saatlarında əhvalınız yaxşı olacaq. Dəvət aldığınız məclisə gedin, yeni tanışlıqlar istisna deyil.OXATAN - Bu gün uğur sizinlə yanaşı addımlayır. Heç gözləmədiyiniz yerdə və saatda uğura nail olacaqsınız. Təbii, bütün bunlarda təsadüfün rolu az deyil. Amma bacarıq və istedınızı da aşağılamayın. Günün ikinci yarısında sizi tərifləyənlər, dəyər verənlərlə yanaşı, paxıllıq edənlər də az olmayacaq. Yeni tanışlıqlara çox inanmayın. Sıx ünsiyyət üçün əlverişli gün deyil.OĞLAQ - Yaxın gələcəklə bağlı planlarınızı təhlil edin. Yaşam təcrübəsi sizinlə müqayisədə xeyli çox olan insanla məsləhətləşməyi unutmayın. Ağıllı və məntiqli insanlarla məsləhətləşmələr üçün yaxşı gündür. Onlardan biri ilə sıx təmaslar qurun. Günün ikinci yarısında cari işlər arasında məkanda sürəkli yerdəyişmələr tələb etməyəni daha yaxşı alınacaq. Axşam saatlarını evdə keçirin, qüvvənizi bərpa edin.DOLÇA - Qətiyyətlə, iradəli olsanız uğur qazana bilərsiniz. Qüvvənizi olduğundan artıq dəyərləndirməyin, özünü yormayın. Səhhətinizdə problemlər yarana bilər. Xroniki ağrıların kəskinləşməsi istisna deyil. Özünüzü qoruyun. Təcili və təxirəsalınmaz olmayan işləri ertələyin. Günün ikinci yarısında dəyər verdiyiniz insanla görüşün, problemləri onunla müzakirə edin. Pozitiv əhval ala bilərsiniz. Axşam saatlarında alış-verişə çıxmaq olar. BALIQLAR - Başladığınız işdən həzz almağa çalışın. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Qeyri-standart problemlərin həllində çətinlik çəkməyəcəksiniz. Yeni ideyalarınız pis deyil və yaxın ətrafınızdakı insanlar da bunu etiraf edirlər. Günün ikinci yarısında zərərli vərdişlərdən uzaq olun. Sağlam qidalanın. Axşam saatlarını aktiv keçirin. Normal istirahət etməyə çalışın.BAKU.WS
Oxşar xəbərlər
Şənbə gününün ulduz falı - 26.05.2018
BAKU.WS şənbə gününün - 26.05.2018 tarixinin ulduz falını təqdim edir:Qoç – Nikbin və gülərüz olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar bunu sezəcəklər. Mara...