SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Tanınmış rejissor Eldar Ryazanov vəfat edib.


BAKU.WS
-in məlumatına görə, SSRİ xalq artisti Eldar Ryazanov 89 yaşında dünyasını dəyişib. O, Moskvada müalicə aldığı xəstəxanada keçinib.

Qeyd edək ki, Ryazanov noyabrın 21-də vəziyyətinin ağırlaşması ilə əlaqədar Moskvada xəstəxanaya yerləşdirilmişdi.

Kinorejissor, ssenarist, SSRİ xalq artisti Eldar Ryazanov 1927-ci ildə Samarada anadan olub. O, "Ünvansız qız”, "Qusar balladası”, "Şikayət kitabını verin”, "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini lentə alıb.

Ziya Səccad
BAKU.WS