İsveçli Piksi Foks inanılmaz dərəcədə incə beli, böyük sinəsi və barbi kimi siması ilə cizgi film qəhrəmanlarını xatırladır.

BAKU.WS məlumat verir ki, Piksi insanların ona "Cizgi filmi qəhrəmanlarına bənzəyirsən" deməyindən xoşbəxt olduğunu deyib. Gənc qız belə görünmək üçün 119 min 200 dollar xərcləyib. İsveçdə elektrik ustası kimi işləyən 25 yaşlı qız, bu sahəyə aid olmadığını hiss edib, buna görə ABŞ-a köçüb. Piksi, xəyalındakı cizgi film obrazının "Jessica Rabbit" olduğunu söyləyib.

İnstaqramda 70 min izləyicisi olan gənc qız, izləyiciləri üçün ən yaxşı model olduğunu düşünür.
 
Piksi bu bədənə sahib olmaq üçün çox çətin və təhlükəli əməliyyatlar keçirib: 6 qabırğasını çıxartdırıb, burnunu kəsdirib, gözlərini daha böyük göstərmək üçün iki dəfə əməliyyat keçirib, ombalarına "Braziliya üsulu" silikon, sinəsinə isə 4 fərqli silikon qoydurub.

O, həmi vaxtları həkim tapmaqda çətinlik çəkdiyini, həkimlərin ona "dəli" kimi davrandığını deyib. Amma nə istədiyini çox yaxşı bildiyini söyləyən Piksinin arzusu "dünyanın ən incə belli qadını" olmaqdır. 
 
BAKU.WS