İşıqfor olan küçəyə şlaqbaum qoydular
04
avq
2026
17:36
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 88 ünvanında küçənin girişinə şlaqbaum quraşdırılıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, bu səbəbdən taksi xidmətləri həyətə daxil ola bilmir, həmçinin şəxsi avtomobillə giriş-çıxışda da ciddi çətinlik yaranıb.
"Məhlənin girişi işıqfordur, yol kənarında da dayanacaq var, ona görə məhləyə daxil olmadan yol kənarında maşın saxlamaq da olmur", - deyə şikayətçi vurğulayıb.
Ərazidən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Qobustanda açıq ərazidə YANĞIN
Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verib. BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qay...