"Sabah"ın "Orhus" ilə matçı planlaşdırılan vaxtdan gec başlayacaq
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün keçiriləcək Danimarkanın "Orhus" və Azərbaycanın "Sabah" komandaları arasında ilk oyun nəzərdə tutulduğu vaxtda başlamayacaq.
BAKU.WS xəbər verir ki, qarşılaşma saat əvvəlcədən nəzərdə tutulduğu kimi saat Bakı vaxtı ilə saat 20:30-da yox, 21:00-da start götürəcək.
Buna səbəb Randers şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxacdır. Hadisə səbəbindən komandaları stadiona gətirən avtobusun gecikdiyi bildirilib.
***19:29
UEFA Çempionlar Liqasının III tənsifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək Danimarkanın "Orhus" və "Sabah" kollektivlərinin start heyətləri bəlli olub.
BAKU.WS-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Orhus": Mads Kristiansen, Kolin Ryosler, Frederik Tinqaqer, Erik Kal, Mikael Anderson, Maqnus Knudsen, Yens Yonsson, Frederik Emmeri, Tobias Bek, Ceyms Boqere, Kristian Arnstad (K).
"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Stiv Solvet, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
Qeyd edək ki, "Orhus" - "Sabah" görüşü bu gün saat 20:30-da Ranners stadionunda start götürəcək.
Oxşar xəbərlər
Azərbaycanda iki futbol klubunun adı dəyişdirilib
I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib. BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası...