Arıçıların başına oyun açan hadisə: "Baxımsızlıqdan 250 min ailə qalıb" - VİDEO

Arıçıların başına oyun açan hadisə: Baxımsızlıqdan 250 min ailə qalıb - VİDEO
Video
Sosial 9

İyul ayının əvvəlində yağan leysan yağışlarının səbəb olduğu sel və daşqınlar Katexçay çayının sağ sahilində arıçıların istifadə etdiyi yolu yararsız hala salıb. Nəticədə 100-dən çox arıçı çətin vəziyyətə düşüb.

Arıçıların Baku TV-yə dediklərinə görə, Katex kəndindən təxminən 4-5 kilometr məsafədə yerləşən arı yeşiklərinə giriş mümkün deyil. Hazırda 4 mindən çox arı ailəsi nəzarətsiz qalıb və məhv olmaq təhlükəsi ilə üz-üzədir. Onlar alternativ yolun çəkilməsi və ya köhnə yolun bərpası üçün aidiyyəti qurumlardan kömək istəyirlər.

Arıçılardan birinin sözlərinə görə, sel yolu tamamilə dağıdıb və təsərrüfatlara çatmaq mümkünsüz olub:

"Sel nəticəsində yolumuz tamamilə yararsız vəziyyətə düşüb. İstəyirik ki, köhnə yol bərpa olunsun. Yolun keçəcəyi ərazidə iri ağaclar yoxdur, yalnız məhdud sayda xırda ağaclar var. Arılar artıq bir aydır baxımsız qalıb. Keçən il Respublika Arıçılar Assosiasiyasının qeydiyyatında 500 min arı ailəsi var idi. Baxımsızlıq səbəbindən bu rəqəm 250 minə qədər azalıb. Bəzi təsərrüfatlara 15-20 min manatadək ziyan dəyib".

Digər arıçı isə bildirib ki, belə ağır vəziyyətlə ilk dəfədir üzləşir:

"1991-ci ildən arıçılıqla məşğulam. Bu il yaşanan vəziyyət indiyədək qarşılaşdığımız ən ciddi problemlərdən biridir. Mənim 150 arı ailəm var. Ətrafdakı bütün arıçıların vəziyyəti də mənimki kimidir. Hazırda heç kim arı yeşiklərinin yerləşdiyi əraziyə gedə bilmir. Təkcə mənim təsərrüfatıma dəyən zərər 4-5 min manat civarındadır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər