Qızıl alıb-satmaq istəyənlərin diqqətinə - QİYMƏTLƏR AÇIQLANDI
Son günlər dünya bazarında qızılın qiymətində artım müşahidə olunur. Beynəlxalq birjalarda qızılın bir unsiyasının qiyməti iyulun əvvəlində 4 000 dollar ətrafında olduğu halda, hazırda 4 170 dollardan yuxarı səviyyəyə yüksəlib. Mütəxəssislər bunu qlobal iqtisadi qeyri-müəyyənlik, zəifləyən ABŞ dolları və investorlarda təhlükəsiz aktivlərə tələbatın artması ilə əlaqələndirirlər.
BAKU.WS xəbər verir ki, dünya bazarındakı bahalaşma yerli qızıl bazarına da təsir edib.
Paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılov BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda 585 əyarlı qızılın alış qiyməti 129,5 manat, satış qiyməti isə 160 manatdır.
Onun sözlərinə görə, 750 əyarlı qızılın alış qiyməti 165,76 manat təşkil edir. Bu əyarlı qızıl məmulatlarının satış qiyməti isə model və işlənməsindən asılı olaraq 200-230 manat arasında dəyişir.
Zərgər qeyd edib ki, ərəb qızılının alışı 194.4-203.3, satış qiyməti isə hazırda 260-280 manat aralığındadır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Sabah 25 dərəcə isti olacaq
Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Ab...