VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS bu günün qoroskopunu təqdim edir

Qoç - Günün ilk yarısında problemlərlə üzləşə bilərsiz. Çalışın bu problemi mümkün olan bütün vasitələrdən istifadə edərək həll edin. Uğur sizinlədir. Günün ikinci yarısında işgüzar danışıqlarda uzunmüddətli perspektivləri nəzərə alın. Heç bir səbəb olmadan iradlar eşidəcəksiniz. Axşam saatlarında romantik tanışlığa can atmayın.

Buğa - Xoşagəlməz situasiya, pul itkiləri və yalan istisna deyil. Qohumlar və yaxınlarla bəzi məsələləri müzakirə etmək olar.Yaxşı bələd olmadığınız adamlarla müzakirələri minimuma endirin. Ailə üzvlərinizin maraqlarını ani, müvəqqəti mənafelərinizdən üstün tutun. Qayğıkeş olsanız, ailənizdəki ortam daha da yaxşı olar.

Əkizlər - Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Situasiyadan yararlanın. Dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırmayın. Aktiv olun, başqalarının əldən verdikləri şanslardan siz yararlanın. Günün ikinci yarısında maraqlı tanışlıq olacaq. Axşam saatlarında romantik görüş istisna deyil. İntellektinizi nümayiş etdirin.

Xərçəng - İşləriniz həddən artıq çox olacaq. Prioritetləri dürüst müəyyənləşdirin. Əks təqdirdə sinirlənərək itkilərə yol verə bilərsiniz. Günün ikinci yarısında iş və yaşam yerinin dəyişdirilməsi ilə bağlı fikirləri nəzərdən keçirin. Emosiyalarınıza nəzarət edin.

Şir - Yaradıcı fəaliyyətlə məşğulsunuzsa, ideyalarından bəhrələnmə zamanıdır. Əməyinizin nəticəsini görəcəksiniz. Gəlir mənbələrinin artımı istisna deyil. Yeni tanışlıqlar uzunmüddətli perspektivlərə malik deyil. Ailə üzvləri və xüsusilə də uşaqlarla təmaslar sizdə xoş əhval-ruhiyyə yaradacaq.

Qız - Günün ilk yarısından etibarən planlarınızı həyata keçirməyə başlayın. Qətiyyətli, iradəli olun.Fiziki əmək, ağır iş olarsa, çəkinməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Yaxınlarınızla, xüsusilə də yaşlı qohumlarla ünsiyyətdə huşyar olun. Kobudluq etməyin. Axşam saatlarında köhnə dostlarla bir araya gəlmək olar.

Tərəzi - Günün ilk yarısında işlərdə uğurlar olacaq. Ünsiyyətdə aktiv olsanız, kollektivdəki mövqeləriniz daha güclü və səbatlı olacaq. Karyera inkişafı, gəlirlərin artımı istisna deyil. Şayiələrə qatılmayın, boş söhbətlərin iştirakçısı olmayın. Günün ikinci yarısında yaxınlarınız və dostlarla təmaslarda harmoniyaya nail olun. Axşam saatlarında sakitliyə, rəvan duruma ehtiyacınız var. Əyləncəyə vaxt ayırmaq olar.

Əqrəb - İşgüzarlığı artırın. Praktik olun. Yaxşı ideyalar yaranacaq. Bəzi maliyyə problemlərini həll etmək şansları yaranıb. Məlumat, bilik və informasiya ilə bağlı layihə gəlir verə bilər. Ambisiyalarınız da artacaq. Potensialınızdan, bacardığınızdan artıq işlərə başlamayın.

Günün ikinci yarısında təşəxxüsünüzün qurbanı olmayın. Yaxınlarınız və dəyər verdiyiniz insanlarla kəskin mübahisələr etməyin. Münasibətləri korlamayın. Ailə büdcəsi ilə bağlı fikir ayrılıqları dartışmaya çevrilməməlidir. Axşam saatlarında çox yeməyin. Rasionunuza fikir verin.

Oxatan - Yaşam tonusunuzun səviyyəsi yüksələcək. İntellektual fəaliyyət üçün əlverişli zamandır. Bilik və informasiyanızı artırın. Maliyyə əməliyyatları aparanda diqqətli olun. Qısa səfərə çıxmaq olar.

Yaradıcılıq və intellektual prosesin detallarına fikir verin. Günün ikinci yarısında yaxınlarınızın xahişlərini dinləyin. Onlara yardım etməyə çalışın. İllüziyalara qapılaraq kobud səhvlərə yol verməyin.

Oğlaq - Çətin problemlərin həllində intuisiyanıza güvənin. Rutin və yeknəsək metodlar işlək deyil. Ünsiyyətdə problemlər olmayacaq. Günün ikinci yarısında başqaları ilə manipulyasiya etməyin. Dəyər verdiyiniz insanların mövqelərini nəzərə alın. Daxili nizamı qorumağa çalışın.

Dolça - Əhvalınız dəyişəcək, hətta bəlkə pisləşə bilər. Özünüzü ələ alın, kiçik iradlara sərt reaksiya verməyin.

Yeni tanışlıqlar məsləhət deyil. Axşam saatlarını dostlarınızla keçirin. Şayiələrə, dedi-qodulara qatılmayın. Ailə qayğılarını qulaqardına vurmayın.

Balıqlar - Yaxın ətrafınızdakı insanların fikirlərini və mövqelərini nəzərə alın. Kommunikativ bacarıqlarınız yüksək olmalıdır. Yeni əlaqələrin yaradılması, habelə kollektivdəki mövqelərinizin möhkəmlənməsi üçün əlverişli zamandır.

Hadisələrə real təsir imkanlarına malik adamla məsləhətləşin.Sosial və peşəkar statusunuzu yüksəltməyə istiqamətlənmiş addımlar atın.

Zülfiyyə Qurbanova
BAKU.WS