
Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, Quba və Qusarın dağlıq ərazilərində qarın qalınlığı daha çox olub. Havanın temperaturu mənfi dərəcəyədək enib.
Quba və Qusarın rayon mərkəzində qarın hündürlüyü bir neçə santimetr təşkil edib.
BAKU.WS