Sürücülərə xəbərdarlıq - FOTO

Sürücülərə xəbərdarlıq - FOTO
Sosial 1812
Qubada gündüz saatlarından etibarən əsməyə başlayan güclü külək günün ikinci yarısından dağlarda və rayonun özündə qar ilə müşayiət olunmağa başlayıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hazırda Xınalıq kəndində yerə düşən qarın hündürlüyü 16 sm-ə çatıb.Yağan qar Quba-Xınalıq yolunda çətinlik yaratmayıb. Yol hələlik açıq olsa da, səhər saatlarında təhlükəli olacağından ehtiyat edilir. Sulu qarın yollarda qar uçqunları əmələ gətirə biləcəyi bildirilir.Rayonun Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov "Report"a açıqlamasında sürücülərə xitabən bildirib ki, martın 31-də Qubadan Xınalıq istiqamətinə və əks tərəfə gedib-gələrkən diqqətli olmaq lazımdır."Bu yolda qəza riski qaçılmazdır. Xınalıq yolunda hər an qar uçqunları ola bilər", - deyə o əlavə edib.Quba-Qonaqkənd istiqamətinə gedən yollara da qarın yağması çətinliklər yaratmayıb. Rayonun ucqar Xaltan və Buduq kəndlərinə də güclü qar yağır, burda nəqliyyatın və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycana 12 santimetr hündürlüyündə yağan qarın görüntüsü (VİDEO)

Azərbaycana 12 santimetr hündürlüyündə yağan qarın görüntüsü (VİDEO)

Ötən gecədən başlayaraq Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, ən çox yağ...

4059 Şou-biznes 14:44 28 sentyabr 2017

Son xəbərlər