SİZİN REKLAM BURADA!
055 213 76 73



Əvvəlki illərlə müqayisə edəndə indi işim o qədər də çox deyil. 40-cı ildir ki, teatrdayam, 19 yaşından səhnədəyəm. 40 il bir igidin ömrüdür.

BAKU.WS-in məlumatına görə, bu sözləri Milli.Az-a açıqlamasında xalq artisti Səidə Quliyeva deyib. Sənət yaradıcılığının 40 ilini qeyd edən aktrisa etiraflar da edib:

"Sənətə böyük sevgim və məhəbbətim var. Əgər bu sənəti sevməsən, qanına hopdurmasan, heç vaxt bu sənətin sənətkarı olmazsan. Mənim heç vaxt evdə olan günüm olmayıb. 1 ildir ki, sanki, səngimişəm. Bazar ertəsi bizim istirahət günümüzdür, bu günü də dublyaj, radio və tv işlərimə həsr etmişəm. Bir sözlə, həmişə iş başında olmuşuq. Mən bununla fəxr edirəm. Bəzən deyirlər ki, aktrisa səhnədə ölməlidir. Bəli, bu sözlə razıyam, amma yarızarafat, yarıciddi deyirəm ki, mən evimdə ölmək istərdim".

BAKU.WS