SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Nyu Yorkda hərraca çıxan, ispan rəssam Pikassonun "Nightclub Singer (Gecə Klubu Müğənnisi)" adlı əsəri 67,4 milyon dollara satılıb.
 
BAKU.WS məlumat verir ki, Nyu Yorkda "Sotheby" adlı hərrac evində tanınmış rəssamlarıın əsərləri hərraca çıxarılıb. Ən çox diqqət çəkən rəsm əsəri ispan rəssam Pablo Picassonun 1901-ci ildə tamamladığı "Nightclub Singer (Gecə Klubu Müğənnisi)" adlı əsəri olub. Əsər, adının açıqlanmasını istəməyən bir kolleksiyaçı tərəfindən 67,4 milyon dollara satın alınıb.
 
Bundan başqa, hollandiyalı rəssam Van Qoqun 1889-ci ildə çəkdiyi "Landscape Under a Stormy Sky (Fırtınalı Göyün Altındakı Mənzərə)" adlı əsəri də 54 milyon dollara satılıb. 

Hərrac də həndəsi mücərrəd şəkil axınının qabaqcıllarından Rus sənətçi Kazimir Maleviç'in "Mystic Suprematism (Mistik Süprematizm)" adlı əsəri 38 milyon dollara, Fransız empresyonist rəssam Kod Monenin "Water Lilies (Nilüfer)" adlı tablosu da 34 milyon dollara kolleksiyaçılar tərəfindən satın alınıb.

"Sotheby" adlı hərrac evi son iki gündə  683 milyon dollarlıq satış edib.
 
BAKU.WS

 Pablo Picasso "Nightclub Singer (Gecə Klubu Müğənnisi)"

 

Van Qoq - "Landscape Under a Stormy Sky (Fırtınalı Göyün Altındakı Mənzərə)"