Hava proqnozunun aparıcısı bir günün içində fenomen oldu (VİDEO)
İngiltərədə hava proqnozunun aparıcısı bir günün içində məşhur olub.
BAKU.WS məlumat verir ki, İngiltərədə "Kanal 4 News" kanalının hava proqnozunun aparıcısı, Avropanın ən uzun adlı yerini səhvsiz oxuduğu üçün internetdə izlənmə rekordu qırıb.
Liam Dutton adlı aparıcının səhvsiz oxuduğu yer İngiltərənin 3 min adamın yaşadığı "Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogo” qəsəbəsidir. Qəsəbənin adında nə az nə çox 58 hərf var.
Çox adamın oxumaqda çətinlik çəkdiyi bu yerin adını nöqsansız oxuyan aparıcının görüntülərini "Kanal 4 News" rəsmi Facebook hesabında paylaşıb. Video iki gün içərisində 4,3 milyon dəfə izlənib.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Dəlisov qızların videosu böyük səs-küyə səbəb oldu (VİDEO)
Əylənməyi xoşlayan gənc qızlar sosial şəbəkələrdə izlənmə rekordu qırıb. BAKU.WS-in məlumatına görə, iki gənc qız evdə videokamera quraşdırıblar. Daha sonra əy...