Məşhur aparıcı Xoşqədəm Hidayətqızı efirə geri qayıdır.

 

BAKU.WS-in məlumatına görə, ANS televiziyası növbəti möhtəşəm layihə hazırlayır.


Aparıcı yeni layihə ilə onu sevənlərin qarşısına gələcək. Xoşqədəm Hidayətqızı yeni verilişi haqqında ANS PRESS-ə məlumat verib.

Məşhur aparıcının yeni verilişi "Deməsək olmaz" adlanır. ANS TV-nin aparıcısı yeni verilişi haqqında məlumat verib:

"Tamaşaçıları maraqlandıran çox maraqlı mövzular olacaq. Gələn həftədən efirdəyik. Böyük ruh yüksəkliyi ilə hazırlaşırıq. Uşaqlar bütün gün işləyir. Düzdür bir az dincəldik (gülür), çünki biz bütün yayı "Səni axtarıram” verilişinə görə işləmişdik. Kollektiv demək olar ki, fasiləsiz işləyib, hətta istirahətə çıxanda belə çalışıblar. Hər şey yaxşı olacaq”.

Veriliş həftə içi hər gün saat 16:20-də yayımlanacaq. Aparıcı efirdə maraqlı qonaqları olacağını da qeyd edib.

Ziya Səccad
BAKU.WS