Doğuş Xoşqədəmlə evliliyindən danışdı: "Xanımımla barları gəzməmişəm"
Tanınımış müğənni Doğuş həyat yoldaşı Xoşqədəm haqqında danışıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, müğənni Doğuş yeni albomu ilə bağlı müsahibəsində şəxsi həyatından da danışıb. Jurnaslistin "Birdən-birə evləndiniz. Bu, bir qədər qəfil olmadımı” sualına müğənninin cavabı belə olub:
"41 yaşım var, bunun harası qəfildir? Bir ildir, ailəliyəm. Çox gözəl ailəm var. Xanımım həm karyeralı, həm də mədəni qadın olduğu üçün əl-ələ tutub barları gəzməmişik. "Gecələrdə əylənmək” bizə görə deyil. Biz ev adamıyıq. Xoşqədəm xanım Azərbaycanda televiziya aparıcısıdır. Onun proqramına dəvət olunarkən uşaq evlərində yaşayan körpələrə davranışı mənə çox təsir etmişdi. Mən kövrək insanam. Bir uşaq ağlasa, mən də onunla birlikdə ağlayaram”.
"Həyat yoldaşınız verilişinə dəvət edənədək sizi tanımırmış” sölərinə Doğuşun cavabı maraqlı olub:
"Bəli, məni tanımırmış. Haqqımda demək olar, bütün informasiyanı öyrənib. Hansı uşaq evində böyüdüyümü, həbsxanaya nə vaxt girib-çıxdığımı. Bütün şəcərəmi ortaya tökdü. "Bunların hansı doğrudur?”, - deyə soruşdu. Cavab verdim ki, "Hamısı”. Reaksiyası isə belə oldu: "Səni sevirəm”. Çünki insanlar dürüst adamları xoşlayırlar. Həyat yoldaşım keçmişimlə deyil, özümlə, davranışım və xarakterimlə maraqlanır. Nəticədə, mən də "çürük alma” deyiləm”.
Doğuş "Bir vaxtlar bədəninizi formalaşdırmaq üçün istifadə etdiyiniz iynələr səbəbindən ata ola bilməyəcəyinizi açıqlamışdınız. İndi vəziyyət necədir” sualını isə belə cavab verib:
"Düzdür, o iynələr sağlam hüceyrələri öldürmüşdü. 3-4 ildir ki, onlardan istifadə etmirəm. Vücudum özünü yenilədiyi üçün artıq belə bir problemimiz yoxdur. Bu mövzu ilə əlaqədar 3-5 ay sonra yenidən müsahibə verərəm".
BAKU.WS
Oxşar xəbərlər
İlhamə Quliyeva vəsiyət edib
Xalq artisti İlhamə Quliyeva vəsiyət edib. BAKU.WS məlumat verir ki, müğənni "Onlar” verilişinə açıqlamasında öləndən sonra onu qoz ağacından hazırlanan tabu...