Slovakiya sentyabrda Azərbaycanla qaz tədarükü üzrə danışıqlara başlayacaq
Slovakiya sentyabrda Azərbaycanla qaz tədarükü məsələləri üzrə danışıqlar aparmağı planlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.
Onun sözlərinə görə, Azərbaycandan təbii qaz tədarükü Bakı və Bratislava arasında ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətlərindən biridir.
"Gündəlikdəki əsas prioritetimiz, şübhəsiz ki, Azərbaycanla qaz əməkdaşlığıdır. Bununla əlaqədar olaraq investisiya forumuna (25-26 sentyabrda Bakıda keçiriləcək - red.) nazir müavinimiz gələcək, həmçinin qaz şirkətimizin (SPP) nümayəndələri Azərbaycan tərəfi ilə görüşlər keçirəcəklər", - diplomat bildirib.
Daha əvvəl Slovakiyanın 2027-ci ildən sonra Azərbaycandan ildə təxminən 1,2 milyard kubmetr qaz almaq niyyəti barədə məlumat verilmişdi.
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. BAKU.WS pay...