İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Məsut Özil Türkiyə gözəli, aktrisa Amine Gülşe ilə nişanlanır.
 
BAKU.WS məlumat verir ki, "Arsenal"ın türk əsilli futbolçusu Məsut Özilin Türkiyə gözəli Amine Gülşe ilə nişanlanacağına dair məlumatlar yayılıb. İspaniya mətbuatında çıxan xəbərə görə, Özilin yaxın dostu, "Real" Madridin portuqaliyalı futbolçusu Kriştiano Ronaldo sosial şəbəkədə "arıtq Məsutun nişanlanma zamanı gəldi, bir an əvvəl üzüklər taxılsın" deyə yazıb.
 
Ötən ay Məsut Özillə Amine Gülşe İngiltərədəki restoranların birində paparazzilərin obyektivinə düşmüşdü. Türkiyə gözəli açıqlamasında mətbuatda futbolçu ilə sevgili olduqlarına dair yayılmış məlumata münasibət bildirərkən bunun yalan olduğunu demişdi:
 
"İsveçdən ortaq dostlarımız var. Onlarla görüşüb yemək yedik, bu qədər" - deyə aktrisa bildirib.
 
BAKU.WS