Məsut Özil Türkiyə gözəli ilə nişanlanır

Məsut Özil Türkiyə gözəli ilə nişanlanır
Şou-biznes 1202

 

İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Məsut Özil Türkiyə gözəli, aktrisa Amine Gülşe ilə nişanlanır.

BAKU.WS məlumat verir ki, "Arsenal"ın türk əsilli futbolçusu Məsut Özilin Türkiyə gözəli Amine Gülşe ilə nişanlanacağına dair məlumatlar yayılıb. İspaniya mətbuatında çıxan xəbərə görə, Özilin yaxın dostu, "Real" Madridin portuqaliyalı futbolçusu Kriştiano Ronaldo sosial şəbəkədə "arıtq Məsutun nişanlanma zamanı gəldi, bir an əvvəl üzüklər taxılsın" deyə yazıb.

Ötən ay Məsut Özillə Amine Gülşe İngiltərədəki restoranların birində paparazzilərin obyektivinə düşmüşdü. Türkiyə gözəli açıqlamasında mətbuatda futbolçu ilə sevgili olduqlarına dair yayılmış məlumata münasibət bildirərkən bunun yalan olduğunu demişdi:

"İsveçdən ortaq dostlarımız var. Onlarla görüşüb yemək yedik, bu qədər" - deyə aktrisa bildirib.

BAKU.WS

Oxşar xəbərlər

İtaliyalı ulduz futbolçu erməni iddiasına cavab verdi

İtaliyalı ulduz futbolçu erməni iddiasına cavab verdi

İtaliya yığmasının və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Matteo Darmian erməni əsilli olması ilə bağlı iddiaları təkzib edib. BAKU.WS-in mə...

1184 İdman 09:35 02 noyabr 2015

Son xəbərlər