Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov Çeçenistanın başçısı Ramzan Kadırovu təbrik edib.

BAKU.WS-in məlumatına görə, Zabit Səmədov öz şəxsi Instagram hesabında bunları yazıb: 

"Bu gün mənim əziz və böyük qardaşım Ramzan Axmet Kadırovun ad günündür. Ramzan - mənim üçün güclü iradənin və inamlı addımın nümunəsidir. O, öz işinin əsl peşəkarı, yüksək mənəvi prinsipli insan, vətənpərvər və öz xalqının ideoloji ilhamverənidir!

Hədəflərin genişmiqyaslı olmasına baxmayarq öz qarşısında məqsə qoyur və onlara inadla çatır. Bütün Çeçen xalqı üçün böyük dəyərə malik olan hədəflər! Bu, çox nəsillər üçün nümunə olacaq.

Mən dostluğun və dəstəyin üçün sənə minnətdaram, mənim əziz qardaşım. Allaha şükürlər olsun ki, biz bir-birimizi tanıdıq. Bütün qəlbimlə təbrik edirəm! Sağlam həyat, uzun ömür və sevinc arzu edirəm! Sənin ölkənə və bütün Çeçen xalqına sülh, sabitlik arzu edirəm!"

Şahin
BAKU.WS