SİZİN REKLAM BURADA!
055 213 76 73




Norveçdə yaşayan və xilasedici olaraq çalışan 30 yaşındakı Qan Narten gözəlliyi bütün diqqətləri üzərinə çəkir. "Dünyanın ən seksual yanğınsöndürəni" olaraq tanınan və bir yanğınsöndürən maşını qaldıracaq qədər güclü olan Nartenin Instagram-da 113 mindən çox təqibçisi var.

BAKU.WS-in məlumatına görə, bir qadın üçün xas olmayan yanğınsöndürən peşəsində çalışan Narten, həmçinin fitness müəllimliyi də edir. Həmişə aktiv olmağı sevən Narten 19 yaşındaykən bir yanğınsöndürən olmaq qərarına gəlib:

"Mən bir yanğınsöndürən olmaq istədim, anam dedi: "Heç qadın yanğınsöndürən olarmı?" deyə soruşdu. Mən də "Niyə olmayım ki" dedim. Bir çox insan bunun ilham verici olduğunu düşünür. Ümumi mənada insanların reaksiyaları müsbətdir. Bu mənim üçün də normal bir şeydir".

Bununla yanaşı, 4 il əvvəl də fitness təlimçisi olmağa qərar verən Narten yanğınlarda insanları xilas etməyin idman salonlarında dəmir qaldırmaqdan daha yaxşı olduğunu düşünür.

BAKU.WS