Vaqif Əsədov: "Hər avtomobildə mütləq yanğınsöndürən balon olmalıdır"
"Bütün avtomobillərdə xüsusi komplektləşdirilmiş dərman qutusu, eyni zamanda yanğınsöndürən balonu olmalıdır. Bunların olması bir tərəfə, sürücü onlardan istifadə etməyi də bacarmalıdır. Bunu hər kəs bilməlidir”. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu baxımdan tələbat var və yol polisi tərəfindən nəzarət də var. Sürücülər bu tələbləri heç bir müzakirə etmədən yerinə yetirməlidir. "Bu sürücülərin öz təhlükəsizliyini təmin edilməsi üçün vacibdir. Sürücülərin baş verə biləcək hansısa qəzada zərər görməməsinə xidmət edir. Vacib deyil ki, yol polisi bununla bağlı reyd keçirsin, cəza tətbiq etsin. Yol hərəkəti haqqında qanunun tələbləri barədə təbliğat aparırıq. Yol polisi istənilən an avtomobildə bu lavazımatların olub-olmadığını yoxlaya bilər. Yoxdursa, inzibati qaydada protokol yazır. Məsələn, Xüsusi komplektləşdirilmiş dərman qutusunun olmamasına görə, sürücü məsuliyyət daşıyır”, - deyə Vaqif Əsədov bildirib.
Qeyd edək ki, Avtomobillərdə yanğın söndürmə balonu ya plastik ya da dəmir qablaşdırmada olmalıdır.
İstifadə etdikləri od söndürən maddənin növünə görə də odsöndürənlər bir neçə yerə bölünürlər. Belə odsöndürənlər: tozla işləyən, qazla işləyən, köpüklü və su ilə işləyən növlərdir. Odsöndürən növlərinin hər biri beş səviyyəli mürəkkəblik dərəcəsi olan müxtəlif tipli yanğınların söndürülməsi üçün nəzərdə tutulmuşdur.
Yanğınsöndürmə balonu alan zaman nələrər diqqət etmək lazımdır? Metal korpuslu yanğınsöndürən balon plastik korpuslu yanğınsöndürən balondan daha təhlükəsizdir. Yanğınsöndürən balounun mənbə sertifikatı olmalıdır.
Paraşoklu (toz) yanğınsöndürən balonlar manometrlə təchiz edilir.manometrin üzərindəki əqrəb yaşılın üzərindədirsə o zaman bu balon yararlı hesab edilir. Balonun başlığı plomblu olmalıdır.
Komplektdə kiçik plastik başlıq olmalıdır.Təziyiqio istiqamətləndirmək üçün nəzərdə tutulub. Qaydalara əsasən yanğınsöndürən balon :
Yanğınsöndürən tərkibdən ibarət olmalıdır.10 illik müddətyi olan bu balonu 5 ildən sonra yenidən doldurmaq ehtiyacı yaranır. Avtomobil yanğınsondürən balonu bərk hissələri söndürən A sinfinə ,alışqanlı mayeni söndürmək üçün B sinfinə, elektrik avadanlıqlarını söndürmək üçün E sinfinə malik olmalıdır (növbəti foto)
Etiketinin üzərindəki reytinq yanğınsöndürmə keyfiyyətini göstərir.
Yanğınsöndürmə balonun iş tempraturuna diqqət etmək lazımdır.Daha çox tempratur daha effektiv söndürmə deməkdir. Balonun üzərində plombu çıxartmayın və daim monometri kontrol edin.
Qeyd edək ki, sürücülər avtomobillərdə təhlükəsizliyin təmin edilməməsinə görə İnzibati Xətalar Məcəlləsilə məsuliyyət daşıyırlar. Maddə 302. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi 302.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Vaqif Əsədov: “Sürücülər süni nəfəs verməyi bacarmalıdırlar”
"Bütün avtomobillərdə Xüsusi komplektləşdirilmiş dərman qutuları (apteçka) olmalıdır". Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr...