13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bakı şəhər Ayaz Məhərrəmov adına 95 saylı orta məktəbdə heç bir insident olmayıb.

 

Bu barədə təhsil müəssisəsinin direktor müavini Həqiqət Gülalıyeva BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, məktəbin müəlliməsi Svetlana Əkbərova ilə 11-ci sinif şagirdi arasında heç bir şey baş verməyib.


"Müəllimənin döyülməsi xəbəri ağ yalandır. Biz hazırda həmin yalan məlumatı yayan saytları məhkəməyə verəcəyik”, - deyə Həqiqət Gülalıyeva bildirib.


Həqiqət xanımın sözlərinə görə, hərdən müəllimə şagirdə irad da tuta bilər. Lakin bunu şişirdib böyük qalmaqal kimi də qələmə vermək yanlış işdir.


Xatırladaq ki, kütləvi informasiya vasitələrində bildirilir ki, məktəbin fizika müəlliməsi Svetlana Əkbərova 11-ci sinif şagirdi olan oğlana irad tutub. Şagird də əsəbləşərək müəllimini vəhşicəsinə döyüb. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər.


Ziya Səccad

BAKU.WS