Cəbrayılda minaya düşərək həlak olan Raqif İsayev şəhid statusu aldı
Yeniliklərdən dərhal xəbərdar olun
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə işləri apararkən həlak olan Raqif İsayevə şəhid statusu verilib.
BAKU.WS-in qaynar xəttinə daxil olan məlumata görə, Raqif İsayev bundan sonra şəhid, ailə üzvləri isə şəhid ailəsi üzvü hesab olunacaq.
Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olan Raqif İsayev 2024-cü ildə Cəbrayılda minatəmizləmə fəaliyyəti zamanı həyatını itirib.
O, Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı Sərəncamla ölümündən sonra "Minatəmizləmə sahəsində xidmətlərinə görə" medalı ilə təltif edilib.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...