SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Nokia 9"un texniki xüsusiyyətləri barədə məlumat verən "Nokia Power User" resursu gələcək qabaqcıl smartfonun qiymətini açıqlayıb.

Məlumata görə, "Nokia 9" smartfonunun Avropa İttifaqı ölkələri üçün qiyməti 749 avro, ABŞ bazarı üçün 699 dollar təşkil edəcək. Bu, ABŞ-da qiyməti 649 dollara bərabər "Apple" şirkətinin "iPhone 7" smartfon modelindən bahadır.

Bildirilir ki, iyulun sonu və ya avqustun ilk günlərində nümayiş olunacaq smartfonun satışlarına üçüncü rübdə başlamaq nəzərdə tutulur. Buna səbəb kimi smartfonun əsasını təşkil edəcək "Snapdragon 835" prosessorunun mövcud çatışmazlığı ilə bağlı yaranan problemlər göstərilir.

"Android Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək smartfonun korpusu suya və toza davamlı olacaq. Qurğu, həmçinin barmaq izi skaneri, gözün qüzehli qişası skaneri, "OZO audio" səs texnologiyası, eləcə də 64 və ya 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək.
 
BAKU.WS