Tarixin ən bahalı smartfonlarının top beşliyi – QİYMƏTLƏR

Tarixin ən bahalı smartfonlarının top beşliyi – QİYMƏTLƏR
Şou-biznes 1341

 

Mütəxəssislər tarixin ən bahalı 5 telefonunu müəyyən ediblər. 

BAKU.WS-in İKT.lent.az-a istinadən məlumatına görə, belə bir dəbdəbə bəşər tarixi boyunca görünməyib.

Siyahıya ancaq qiyməti 1 milyon dolları üstələyən modellər daxil edilib. Adi insanlar smartfondan rabitə vasitəsi, pleyer, fotoaparat, internetə daxil olmağın qısa yolu və kitab kimi istifadə edirlər. Onlar üçün smartfon gündəlik istifadə olunan əşyadır.

Ancaq xüsusi bir zümrə var ki, onlar üçün telefonun qiyməti və görünüşü sahibinin status və maddi vəziyyətinin göstəricisidir. Onların istifadə etdikləri cihazlar seriya ilə istehsal olunur və bahalı metallarla, daş-qaşlarla bəzədilir. Bu siyahıya isə ancaq qiyməti 1 milyon dollardan hiss olunacaq dərəcədə baha olan cihazlar düşüblər.

Birinci yeri dünyanın ən bahalı smartfonu kimi "iPhone 5 Diamond Rose Edition” tutur. Onun korpusu 500 almaz daşı ilə bəzədilib, "Ev” düyməsi isə səkkiz karatlıq çəhrayı almazla parıldayır. Bu telefonun qiyməti 8 milyon dollardan artıqdır.

İkinci cərgədə "iPhone 3GS Supreme” modeli qərarlaşıb. Onun korpusu 270 qram qızıldan və 136 ədəd parıldayan brilyantdan ibarətdir. Onun qiyməti 3,2 milyon dollardır.

 

Üçüncü yerdə 6,6 karat brilyantla bəzədilmiş "iPhone 3GS Kings Button” telefonu durur. Onun qiyməti 2,5 milyon dollardır.

Dördüncü yeri Rusiya istehsalı olan smartfon tutur. Smartfonu Avstraliyadan olan zərgərlər bəzəyib və bu cihazın son qiyməti 2 milyon dollar dəyərində qiymətləndirilir.

Beşinci yeri isə İsveçrənin "GoldVish Le Million” smartfonu tutur. Korpusu ağ qızıldan olan və brilyantlarla bəzədilmiş bu smartfonun qiyməti 1,2 milyon dollar qiymətləndirilir.

BAKU.WS

Oxşar xəbərlər

“iPhone 7” sahibləri ciddi problemlərdən şikayətlənir

“iPhone 7” sahibləri ciddi problemlərdən şikayətlənir

Yeni "iPhone 7” və "7 Plus” smartfonlarının sahibləri kütləvi olaraq eyni problemdən şikayət edirlər. BAKU.WS İKT.lent.az-ın "MacRumors” portalına istinadən mə...

1521 Sosial 15:52 07 oktyabr 2016

Son xəbərlər