SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda yerləşən turizm agentliklərindən biri maraqlı turpaket təşkil edir.
 
BAKU.WS xəbər verir ki, şirkət ənənəvi səyahət paketlərindən sıxılanlara xarici ölkələrdə yerləşən həbsxanalarda bir gecəlik turpaketlər təklif edir. Belə ki, fərqlilik axtarışında olanlar bu təklifi dəyərləndirə biləcək. Turizm agentliyinin təklifində yalnız təkbaşına səyahət şərti qoyulub. 
 
"Eyni tərz səyahətlər darıxdırıcı gəlir? O zaman Sizi 5 ulduzlu otelə deyil, tək başına xaricdəki həbsxanada gecələməyə yollayırıq. Ətraflı plan cızmaq üçün ofisimizdə yolunuzu gözləyirik",-deyə agentliyin elanında deyilir. 
 
Qeyd edək ki, bu qeyri-adi səyahət sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Təklif əksər insanların diqqətini çəkə bilib.
 
Aynur Ələkbərova
BAKU.WS