Bakıda yeni xidmət: 5 manata "içki yoldaşı"

Bakıda yeni xidmət: 5 manata içki yoldaşı
Şou-biznes 6419

Azərbaycanda təklif edilən yeni xidmət sahəsi sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

BAKU.WS xəbər verir ki, "mamed 76" nik adlı sosial şəbəkə istifadəçisinin təklif etdiyi yeni xidmət "saatlıq rumka yoldaşı" adlanır.

"Mamed 76" pul müqabilində yalnız içmək istəməyənlərə yoldaşlıq edəcək. İstifadəçi bu cür xidmətin 1 saatını 5 manat, 2-3 saatını isə 10 manat civarında olduğunu bildirib. İçilən içkilərin hesabını da müştəri ödəyəcək.

Elanda qeyd edilib ki, "rumka yoldaşı" müştərinin istəyindən asılı olaraq istənilən mövzuda söhbət edə və müəyyən məsləhətlər verə bilər. istifadəçinin yerləşdirdiyi qeyri-adi xidmət elanında o da vurğulanıb ki, o, "müxtəlif stildə içir". Belə ki, o Pubda pivə içə, həmçinin kostyumda restorana da gedə bilər".

Xidmət qadınlara, kişilərə və xaricilərə təklif edilir.

İstifadəçi elanda xüsusilə vurğulayıb ki,"rumka yoldaşı" ilə heç bir halda intim xidmət söhbəti gedə bilməz və içki aludəçiləri müraciət etməsin.

İstifadəçilər elana müxtəlif cür reaksiyalar verib. Bəziləri bunun bir zarafat olduğunu düşünsə də ciddi qəbul edənlər də az olmayıb. Hətta istifadəçinin təklif etdiyi xidmətdən yararlanmaq üçün müraciət edənlər də olub.

Sosial şəbəkə istifadəçilərindən biri elana çox sərt reaksiya göstərərək bildirib ki, tanımadığı insanlarla içmir.

Başqa bir istifadəçi isə bir qədər də irəli gedərək "tanımadığınız adamlarla içən zaman çox şey baş verə bilər. Ona görə də bu təklifi dəyərləndirən zaman diqqətli olun".

Onu da əlavə edək ki, ümumilikdə istifadəçilərin əksəriyyəti elan elan sahibini dəstəkləyib və ona uğurlar arzulayıb.

Для ознакомления со статьей на русском языке, перейдите по ссылке

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər