Bakının intim xidmət göstərən masaj salonlarından gizli çəkiliş (VİDEO)

Bakının intim xidmət göstərən masaj salonlarından gizli çəkiliş (VİDEO)
Video
Hadisə 21666

Bakıda masaj adı altında intim xidmət göstərən kifayət qədər bir çox istirahət mərkəzi var.

BAKU.WS xəbər verir ki, ANS-in hazırladığı reportajda bildirilir ki, bu cür obyektlər paytaxtın bir çox ərazisində gözə dəyir və əfsuslar olsun ki, sayı günbəgün artır. Maraqlısı odur ki, bu obyektlərin böyük əskəriyyəti yaşayış binalarının həndəvərindədir. Bundan başqa dalan və kənar küçələrdə də belə xidmət təklif edən bənzər məkanlar var.

Məsələn, belə obyektlərdən biri Lev Tolstoy küçəsindədir. Binanin zirzəmisində fəaliyyət göstərən və sağlamlıq mərkəzi adı altında priton kimi istifadə olunan obyektin qarşısından keçmək kifayətdir ki, içəridə nə kimi xidmətlərin təklif olunduğunu biləsən. Digər bir məqam isə içəridə asayişi ucaboylu, cüssəli oğlanarın təmin etməsidir. İçəriyə bir addım atan an menyu kimi xidmətlər cəvdəli təklif edilir.

Təkcə bu küçədə bir birinə yaxin 3 massaj salonu fəaliyyət göstərir ki, onların da xidmət istiqaməti eynilik təşkil edir. Paytaxtın mərkəzindəki massaj salonları isə VİP xidmətlərlə öz müştərisini gözləyir.

Baş çəkdiyimiz başqa bir "xidmət sahəsi" isə Dərnəgül qəsəbəsi, Əcəmi Naxçıvani küçəsindədir. Üzlərindən yorğunluq tökülən qadınlar, xidmət edəcəyi şəxsə onunla bir saat keçirəcəyi otağı da nümayiş etdirir.

BAKU.WS

Son xəbərlər