Bakıda aldadılan müştərilər turizm şirkətinin ofisinə hücum çəkdi
Bakıda böyük turizm şirkətlərindən birinin ofisində qalmaqal baş verib.
Azərbaycandan Monteneqroya səfərlər təşkil edən iri turizm şirkətlərindən biri "Aerolyuks" maddi çətinlik çəkdiyini açıqlayıb. Antalya, Bodrum, Marmaris və digər şəhərlərə sifarişlər də qəbul edən şirkət şənbə günü bu barədə birgə çalışdığı turizm şirkətlərinə məktub göndərib. Sözügedən müraciətdə qeyd edilir ki, şirkət öz maliyyə öhdəliklərini yerinə yetirə bilmir.
Ödənişi ala bilməyən bütün turizm şirkətlərinin nümayəndələri hazırda "Aerolyuks"un ofisindədir.
Turizm şirkətlərindən birinin əməkdaşı BAKU.WS-ə açıqlamasında bildirib ki, şirkət sahibləri vəkili ofisdə qoyub və Türkiyəyə qaçıb. Şirkət rəhbərliyi söz verib ki, turizm agentliklərinə ödəniş edəcəklər, amma hələlik onlardan heç bir xəbər yoxdur.
Şənbə günündən bu günə kimi, insanlar aeroportda qalıb. Heç kəs onlarla görüşmür və mehmanxanalara yerləşdirmir.
Qeyd edək ki, operator "Aerolyuks" Azərbaycandan Monteneqroya səfərlər təşkil edən tək şirkətdir.
Elnura Vəliyeva
BAKU.WS
Oxşar xəbərlər
Nazirdən xaricə gedənlərə xəbərdarlıq
Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət edib. BAKU.WS xəbər verir ki, nazirlik əhalinin nəzərinə çatdırır ki, xarici ölkələrə turiz...