Bərdədə dörd yaşlı uşaq həkim səhlənkarlığından ölüb? - İDDİA/VİDEO
14
avq
2024
22:12
Bərdədə dörd yaşlı uşaq dünyasını dəyişib.
Rayon sakini Əli Bayramovun evdə tibbi müdaxilədən sonra vəziyyəti pisləşib.
Mərhumun nənəsi həkimin nəvəsinə kömək etmədiyini iddia edib:
"Həkim uşağa yardım etmədi, dedi ki, resept yazıram, get evə, sistem al, qoşdur. Burada Ülviyyə adlı tibb bacısı var, gəlib birdəfəlik uşağa sistemi qoşub. Uşaq həmin an şoka düşüb və ölüb. Qızdırması olub, amma hərarətini ölçməmiş sistem qoşublar."
Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...