Üzərinə ağac aşaraq can verən 21 yaşlı Rəvanın FOTOSU
Mingəçevir şəhərində güclü külək səbəbindən ağacın aşması nəticəsində ölən Rəvan İsmixan oğlu Qasımzadənin fotoları yayılıb.
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq qeyri-sabit hava şəraiti bir çox bölgələrdə, xüsusən də Ağstafa, Mingəçevir, Tovuz, Gəncə, Şərurda ciddi fəsadlar yaradıb.
Güclü külək nəticəsində Mingəçevir şəhərində Z.Həsənova küçəsi 2 ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyü dağılıb, beş sakin ağac aşması nəticəsində xəsarət alıb, Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Rəvan İsmixan oğlu Qasımzadə isə aldığı xəsarətlərdən ölüb.
Oxu.Az həmin fotoları təqdim edir:
Qalereya
Oxşar xəbərlər
“Boğazı qopub, üstümə düşmüşdü...” – Qadın zabitin DƏHŞƏT DOLU MÜHARİBƏ XATİRƏLƏRİ
I Qarabağ müharibəsi veteranı, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Aliyə Piriyeva müharibənin dəhşətli anlarından danışıb.BAKU.WS xəbər ver...