Azərbaycanda bundan sonra alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra olunacaq. Bu "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Prezidenti İlham Əliyevin fevralın 3-də imzaladığı  sərəncamla yeni qanun qüvvəyə minib.  

Mülki Prosessual Məcəlləyə əsasən, indiyə qədər bütün qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməli idi. Dəyişikliyə əsasən, bundan sonra şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunmalıdır. Bu hallar istisna ilə, digər qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. 
 
BAKU.WS