SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinə müraciət edib.

Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Məlumata görə, bu məbləğ 11 min dollar olub.

Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO