SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniya aviaşirkətlərindən birində stüardessa işləyən şəxs təyyarədə hansı içkinin heç vaxt içilməməli olduğunu söyləyib.

BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, bu, təyyarənin tualetindəki krandan gələn sudur.

Stuardessa qeyd edib ki, hər yerdə bunun qadağa olması ilə bağlı işarələr var. Bu isə heç də sərnişinləri qablaşdırılmış su almağa məcbur etmək deyil. Belə qeydlər sərnişinlərin sağlamlığı ilə bağlıdır. 

Həmçinin, stüardessa təyyarədə yemək yeməyi tövsiyə etməyib, çünki hündürlükdə bütün dad hissləri kütləşir. Bu səbəbdən də təyyarədə yeməklərin tərkibinə çoxlu miqdarda duz və şəkər əlavə olunur. Buna görə də doqquz min metr yüksəklikdə yeyilən yemək dadı olsun deyə ona çoxluu şəkər və duz əlavə edilir.

BAKU.WS