SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdənin Cəyirli kəndində yaşayan Lilpar nənəni demək olar ki, tanımayan yoxdur.

Onun uzun illərdir ki, əlinin zəhməti ilə dəyirman unundan bişirdiyi çörəyin sorağı sərhədləri aşıb. Lilpar nənə 30 ilini təndirə həsr etdiyini deyib:

“Burada nə varsa, yuxası, kətəsi - hamısını dədə-baba üsulu ilə bişirirəm. Öz anamın vaxtında olan ənənəni davam etdirirəm”.

O, bişirdiyi çörək üçün bölgələrlə yanaşı, Bakıdan, Dubay və Türkiyədən də müraciət edənlərin olduğunu söyləyib:

“Çörəyim Bakıya, Şəkiyə, hətta Dubay və Türkiyəyə də gedir. Kəlbəcərdəki əsgərlərimizin valideynləri də övladları üçün alırlar”.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO